Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2019
09:52
624
`Azərbaycan mətbəxində dolmalar. 381 çeşid` adlı kitabın təqdimatı olub

Fevralın 6-da Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uzun müddət nəşri üzərində iş aparılan və yenicə işıq üzü görmüş “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı keçirilib.

Tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq belə bir təqdimatın təmsil etdiyi mədəniyyət ocağında keçirilməsindən məmnunluğunu bildirib və kitabın milli mətbəximizin təbliğindəki rolunu qeyd edib.

Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bildirib ki, tarixi torpaqlarımıza göz dikən ermənilər milli mətbəx nümunələrimizə də əl uzatmaqdan çəkinmirlər. Bir sıra dadlı təamlarımızı özününküləşdirməyə cəhd edirlər. Buna görə də düşmənlə təkcə səngərdə yox, bütün cəbhələrdə, o cümlədən kulinariya sahəsində də mübarizə aparmaq lazımdır. Bu baxımdan belə nəşrlər milli mətbəximizə sahib çıxmağımıza kömək edir.

Vurğulayib ki, kitab daimi olaraq Azərbaycan mətbəx mədəniyyətini diqqətdə saxladığına, dünya miqyasında tanıtdığına və UNESCO-nun siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə görə Birinci vitse-prezident Mehriban Əliyeva ithaf edilib. Qeyd edib ki, kitabda 2016-cı il Abşeronda, 2017-ci il Xaçmazda keçirilən dolma festivallarında təqdim olunan 381 dolma növü öz əksini tapıb. Bu növlər ölkəmizin bütün rayon, kənd və şəhərlərindən toplanıb. Nəşrdə verilən bəzi dolmalar artıq patent hüququna malikdir.

Qeyd edək ki, kitabın müəllifləri Tahir Əmiraslanov, Aygül Əsgərova, Ceyran Əsgərova, Aynurə Əmiraslanova və Ağakərim Şamidzadədir./Azərtac

Məqalədə : dolma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Goranboyda qəza - Ölən və xəsarət alanlar var

26

Avqust
14:00
HÜQUQ,HADİSƏ
71

İsmayıllıda meşə yanır - FOTO

26

Avqust
11:17
HÜQUQ,HADİSƏ
123

Bakının iki qəsəbəsində su olmayacaq

26

Avqust
10:43
ÖLKƏ
143

Xarici valyutaların manata qarşı məzənnələri

26

Avqust
09:52
İQTİSADİYYAT
127

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
153
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 14:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru