Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2019
15:09
342
Venesuelada baş verənlər nəyi isbatlayır?

Son günlər Venesuelaya qarşı təzyiqlər durmadan artır. Əlbəttə, həmişəki kimi başda ABŞ olmaqla Qərb ölkələri yenə bərbəzəkli “demokratiya” adı ilə bu ölkəni və qanuni hakimiyyətini sıradan çıxarmaq fikrindədir. Necə ki, Ukraynada da xalqın seçdiyi Yanukoviç hökumətini zor, təzyiq və milyardlarla pul gücünə devirdilər. Nəticə isə göz qabağındadır; baş verən vətəndaş müharibəsi nəticəsində Ukrayna Krım kimi böyük ərazini itirdi, Donetskdə isə hələ də döyüşlər gedir. 4 mindən artıq etirazçını Misirin paytaxtı Qahirənin "Rabiə" meydanında qətliam edərək, xalqın seçdiyi Mursi hakimiyyətini zor gücünə devirən hərbi xunta və onun başçısı olan Əs-Sisiyə isə Qərb ölkələri gözün üstə qaşın var belə demədilər. Ərəb diktatorlarının müdafiəsindən isə danışmağa belə dəyməz.

Necə olur ki, BMT qətnaməsi olmadan ABŞ hər hansı ölkədə bir qrup müxalifəti bütün xalq kimi görərək, onlara qanuni hökuməti devirmək üçün dəstək verir, özü isə dünyada bütün müxaliflərini məhv etməyə çalışır? Təbii ki, ABŞ-ın demokratiya adı altında etdikləri riyakarlıq və ikiüzlülükdən başqa bir şey deyil.

Bəlkə də bizdə çoxlarının xəbəri yoxdur ki, Venesuelada müxalifətin mətbuat imkanları və telekanalları hökumətdən daha çoxdur. Məhz Venesuelanı ABŞ-la müqayisə etsək, bu ölkə faktiki olaraq ikipartiyalı sistemə malik olan Amerikadan daha demokratik sistemə malikdir. ABŞ-da seçki şou xarakteri daşıyır. Yəni istər Demokratlar, istər isə Respublikaçılar eyni siyasəti həyata keçirirlər. Bu siyasətlər və təyin olunan şəxslərin seçkilərdə dəstəklənməsini isə yəhudi lobbiləri, Qərbi idarə edən gizli güclər tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Venesuela zəngin neft, qaz və qızıl ehtiyatlarına malikdir. ABŞ da bu yağlı tikəni əldən vermək istəmir. Ümumiyyətlə, ABŞ dünyada bəzi müxalif qüvvələrə ona görə dəstək verir ki, o ölkəni özünə kölə etmək istəyir. Müxalifləri tapşırıqla küçələrə çıxarır, sonra isə beynəlxalq sionizm öz nümayəndələri vasitəsi ilə hakimiyyəti danışıq masasına dəvət edir. Tabe olanların bütün sisteminə nüfuz edir, ölkəni ələ keçirirlər, tabe olmayanları isə devirirlər. Yəni biri qovur, o biri qucaq açır.

Məqalədə : Venesuela 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
25

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
25

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
35

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
36

İki rayonda qaz olmayacaq

21

Oktyabr
12:07
ÖLKƏ
49

Ərbəin gecəsi Kərbəla - FOTO

21

Oktyabr
11:42
MƏNƏVİYYAT
160

Xəzər dənizində zəlzələ olub

21

Oktyabr
11:30
HÜQUQ,HADİSƏ
40
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 16:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru