Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2019
13:01
1288
Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi - Politoloq şərhi

Xocalı hadisələri zamanı azərbaycanlılara qarşı edilən vəhşilikdə iştirak etmiş Mixeil Avakyana Gürcüstanda abidə qoyulması Gürcüstan-Azərbaycan münasibətlərində ciddi ziddiyyətə səbəb olub. Hadisədən dərhal sonra Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri izahat verilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, SOCAR isə Gürcüstana satdığı qazın qiymətini qaldırıb.

Faktxeber.com Azərbaycan-Gürcüstan münasibətlərində yaranmış qəfil soyuqluğu siyasi şərhçi İlqar Verdizadə ilə müzakirə edib. Politoloq yaranmış anlaşılmazlığın təsadüfi olmadığını, müəyyən güclərin Ermənistana yardım etmək üçün Gürcüstana göstəriş verdiklərini düşünür:

“Tarixən Azərbaycan-Gürcüstan münasibətləri əsasən iki istiqamət üzrə inkişaf edib: beynəlxalq layihələr və ikitərəfli münasibətlər. Beynəlxalq öhdəliklər bölgə ölkələri, Türkiyə, digər xarici dövlətlər qarşısında götürülmüş məsuliyyətdir. Bunlara toxunmaq ümumiyyətlə mümkün deyil. İkitərəfli münasibətlərə gəlincə isə, bəli, etiraf etməliyik ki, müəyyən anlaşılmazlıqlar yaranıb. 

Qeyd edim ki, Şevarnadze və Saakaşvili zamanında hər iki müstəvidə -  beynəlxalq və qonşuluq siyasəti - paralel olaraq inkişaf edib. Misal üçün Saakaşvilinin zamanında Novruz bayramı azərbaycanlıların rəsmi bayramı kimi Gürcüstan qanunvericiliyinə salınıb. Biz də öz növbəmizdə Gürcüstana güzəştlər etmişik. Görünür son illər müəyyən qüvvələr iki qonşu ölkə arasında olan münasibətləri yenidən nəzərdən keçirmək qərarına gəliblər. İlk addım kimi İvanaşvilinin qaz kəmərlərinə ekoloji ekspertiza aparmaq istəməsini, “Qazprom”la yenidən münasibətlər qurmağa cəhd etməsini göstərə bilərik. Ermənistan-Gürcüstan münasibətləri hər zaman ziddiyyətli olub. Lakin Paşinyanın hakimiyyətə gəlməsindən sonra Gürcüstan Qafqazda demokratik mühit yaratmaq üçün Ermənistanla müəyyən pərdəarxası əməkdaşlığa başlayıb. Bu güzəştlərin səviyyəsi o yerə gəlib çatıb ki, ermənilərin qəhrəman hesab etdikləri şəxslərə Gürcüstanda abidələr qoyulur. Son aylarda Ermənistan və Gürcüstan xüsusi xidmət orqanlarının görüşünü də qeyd etməliyik. Xülasə olaraq, kiminsə xaricdən Gürcüstana tapşırıq verdiyini, ermənilərlə yaxınlaşmaq lazım olduğunu və orada gedən siyasi proseslərə dəstək verilməsinin vacibliyini çatdırdığını düşünürəm”.

Politoloq Gürcüstanda fəaliyyət göstərən Azərbaycan diasporasının fəaliyyətinə də toxunub, qurumu sərt tənqid edib: “Niyə bizim orada olan diaspora susur, Azərbaycan qəhrəmanlarının tanıdılmasını həyata keçirmir? Təəssüf ki, orada işləyən diaspora həddindən artıq passiv, Gürcüstan iqtidarının göstərişləri ilə oturub-duran, öz mövqeyini açıq ortalığa qoymağı bacarmayan diasporadır. Unutmaq lazım deyil ki, ermənilərin "qəhrəmanları"na abidəni Ermənistan hökuməti yox, Gürcüstanda fəaliyyət göstərən erməni diasporası qoyub”.

Məqalədə : Azərbaycan Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
96

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1800

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
542

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1639

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1767

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2011

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1310

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
827
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 07:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru