Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2019
09:12
85
Nazir Şamaxıda zəlzələ baş verən əraziyə gedib

Ötən gecə baş verən zəlzələnin fəsadları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində komissiya yaradılıb.

Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib: "Hazırda nazir və rayon rəhbərliyi hadisə nəticəsində dağıntı olan əraziyə baxış keçirilir. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb".

Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib./Trend

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.

Məqalədə : Kəmaləddin Heydərov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
42

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
36

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
186

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
85

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
167

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
111
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 10:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru