Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2019
20:32
103
Maduro: Trampın müharibə səbəbi Venesuelanın neftidir

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın Venesuelaya hərbi müdaxilə etmək niyyətində olduğunu bildirərək, "Donald Trampın Venesuelaya qarşı müharibə səbəbi nədir? Müharibə səbəbi Venesuelanın neftidir, Venesuelanın sərvətləridir, qızıl, qaz, dəmir, brilyant və digər maddi sərvətləri", - deyə qeyd edib.

FaktXəbər Maduro "Russia Today"ə (RT) müsahibəsində ölkədəki problemlərin, ancaq dialoqla həll edilə biləcəyini, qəsb və çevrilişlər bir nəticə almayacağını bildirib.

Müxalifətə və bütün ölkələrə razılaşma və dialoq çağırışını təkrarlayan Maduro, tarixin onu necə xatırlayacağının özü üçün əhəmiyyəti olmadığını, ancaq xalqına arxasını dönüb qaçan, sözlərinə sadiq olmayan, satqın və zəif bir lider olmayacağını deyib.

Maduro yeganə məqsədinin xalqa qarşı məsuliyyətlərini yerinə yetirmək olduğunu bildirərək, ABŞ prezidenti Donald Trampın təcavüzü qarşısında hazır olduqlarını vurğulayıb.

Bəzi ölkələrin prezident seçkisi çağırışları ilə bağlı suala Maduro, hər hansı bir seçkiyə ehtiyac duymadığını qeyd edərək, seçki reqlamentə uyğun olaraq 2020-ci ildə parlament seçkilərini keçirəcəklərini deyib.

Məqalədə : Maduro Venesuela 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
27

Dağıstanda 70 uşaq zəhərlənib

19

Aprel
15:33
DÜNYA
395

Azərbaycan bankı holdinqin tərkibindən çıxıb

19

Aprel
14:58
İQTİSADİYYAT
360
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 16:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru