Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2019
16:07
708
Benzinin ən ucuz və ən baha olduğu Avropa ölkələri - SİYAHI

Avropa ölkələri arasında benzinin ən ucuz olduğu dövlətlərdən biri də Rusiyadır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RİA Novosti-nin 33 Avropa ölkəsində, həmçinin Qazaxıstanda apardığı araşdırmalardan sonra məlum olub.

Bunun yanında ölkə orta aylıq əməkhaqqına nisbətdə yanacağın əlçatanlığına görə Rusiya Avropada 20-cidir.

Ümumiyyətlə, benzinin ən aşağı qiyməti Qazaxıstanda (təqribən 0,80 AZN) qeyd olunub. İkinci yerdə Rusiya (1.16 AZN), üçüncü yerdə Belorusiya (1.21 AZN), dördüncü yerdə Ukrayna (1.86 AZN) gəlir. Siyahını bundan sonra əsasən Şərqi Avropa ölkələri davam edir.

Ən bahalı benzin Niderlanda (təqr. 3 AZN) qeyd olunub, bunun ardınca reytinqi Norveç, Danimarka, İtaliya və Yunanıstan (təqr. 2.90 AZN) davam edir.

Dizel yanacağı

Ən ucuz dizel yanacağına gəldikdə isə burda Qazaxıstan ( təqr. 1.30AZN) liderdir, ardınca Rusiya və Belorusiya (1.21 AZN) gəlir.

Ən bahalı dizel Norveçdədir (2.95 AZN). Bundan sonra reytinqi uyğun olaraq İsveç, Böyük Britaniya, İtaliya, Fransa və Finlandiya (2.70 AZN-dən başlayaraq) davam edir.

Analizin müəllifləri vurğulayırlar ki, bir sıra dövlətlərdə benzinin qiyməti aşağı düşüb. Azalma 33 ölkənin 26-da müşahidə olunub: Ən çox hiss olunan isə Kipr (12,3 faiz), Macarıstan (9,4 faiz) və Sloveniya (8,7 faiz) ölkələridir.

Benzinin qiymətinin artması araşdırmanın 7 iştirakçısında müəyyən olunub. Bunlardan ən gözəçarpanı Belorusiyada (19,7 faiz), Rusiyada (9,7 faiz) və Ukraynada (7,5 faiz) olub.

Maaşa diqqət edilsə, reytinq fərqli mənzərə alır

Sakinlərin orta aylıq əmək haqqına əldə edə biləcəyi benzinin miqdarına görə Lüsemburq liderlik edir. Bu ölkədə yanacağın qiyməti nisbətə aşağı, maaşlar isə Avropada ən yüksək olan ölkələrdən biridir.

İkinci yerdə Norveç gəlir. Benzin burda baha olsa da, maaşlar da çox yüksəkdir.

Siyahını uyğun olaraq Avstriya, Böyük Britaniya, İsveç və Danimarka davam edir.

Sözügedən siyahıda sonuncu yerdə Ukrayna gəlir. Autsayderlər arasında Rumıniya, Bolqariya, Latviya və Belorusiya da var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : benzin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2019 08:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com