Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Fevral

2019
23:02
1108
“Qarabağ” “Neftçi”yə qalib gələ bilmədi - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında üçüncü dövrənin ilk turunun mərkəzi görüşü keçirilib. Tofiq Bəhramov adına Respublika Stadionunda son ölkə çempionu “Qarabağ”la “Neftçi” qarşılaşıb.

Ağdam təmsilçisi cari mövsümdə yenə Bakı klubuna qalib gələ bilməyib. 1:1 hesabı ilə başa çatan görüşdə meydan sahibləri ispaniyalı Dani Kintana ilə hesabı açsalar da, “Neftçi” elə ilk hissədə hesabı bərabərləşdirib.

Mərkəz müdafiəçisi Mamadu Mboc “Neftçi”dəki ilk rəsmi matçında başla vurduğu zərbə ilə fərqlənib.

Görüş gərgin anlarla yadda qalıb. Belə ki, “Neftçi”dən Anton Krivotsyuk, “Qarabağ”dan isə Qara Qarayev qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, “Neftçi” “Qarabağ”la arasındakı üç xallıq fərqi qoruyub saxlayıb.

Məqalədə : Neftçi-Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Monitorinq olacaq

22

May
11:11
HƏRB
25

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
79

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1653
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru