Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Fevral

2019
09:48
226
Maduro: `Venesuelada dövlət çevrilişi cəhdi uğursuzluğa düçar olub`

"Venesuelada dövlət çevrilişinə cəhd uğursuz olub."

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, bu barədə Karakasda mitinqdə çıxış edən Venesuela prezidenti Nikolas Maduro bildirib.

Maduro həmçinin çıxışında Venesuelada böhranın həlli ilə bağlı müxalifətin humanitar yardım haqqında təkliflərini də şərh edib.

"Həlləri axtarmaq vaxtı çatıb. Venesuela yoxsul ölkə deyil. Bizə heç kimdən kömək lazım deyil", - deyə o bildirib.

Maduro qeyd edib ki, Venesuelada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Bu gün Venesuelada Maduro tərəfdarlarının yürüşü olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Maduro Venesuela 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2019 08:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com