Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Fevral

2019
12:20
230
Betonqarışdıran maşın xəndəyə düşdü - Sürücü öldü

Bakıda tikinti işləri zamanı ölüm hadisəsi baş verib. Nəsimi rayon prokurorluğundan FaktXəbər-ə verilən məlumata görə, yük avtomobilinin qazıntı işləri davam etdirilən ərazidə bir nəfərin xəndəyə düşərək ölməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri, Binəqədi rayon sakini 1966-cı il təvəllüdlü Əliheydər Həşimov idarə etdiyi “Mercedes Benz” markalı betonqarışdıran yük avtomobilini aşıraraq beton gətirdiyi tikinti sahəsində 3,2 metr hündürlükdən xəndəyə düşüb və hadisə nəticəsində vəfat edib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, istintaq hərəkətləri davam etdirilir.

Məqalədə : Betonqarışdıran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
591

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
429

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
444

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
491

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
520

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
494

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1092

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
890
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 08:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru