Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Fevral

2019
10:05
198
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start veriləcək.

İki günü əhatə edəcək XV turun açılış matçında autsayder "Zirə" debütant "Sabah"ı qəbul edəcək. Bu komandalar yalnız cari mövsümdə üz-üzə gəliblər. Hər iki oyunda "Sabah"a məğlub olan Samir Abasovun baş məşqçi olduğu kollektiv sonuncu pillədən qurtulmağa çalışacaq. Elşad Əhmədovun yetirmələri hər iki görüşdə qəsəbə təmsilçisini iki qolla məyus edə bilib. "Sabah" hazırda turnir cədvəlində 17 xalla 4-cü, "Zirə" isə 10 xalla 8-ci pillədə qərarlaşıb.

Günün digər qarşılaşmasında isə "Keşlə" doğma meydanda "Səbail"lə münasibətlərə aydınlıq gətirəcək. Komandalar indiyədək Premyer Liqada 6 dəfə qarşılaşıblar. Bu oyunların üçündə qonaqlar, ikisində isə meydan sahibləri qələbə qazanıb. Digər görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də "Səbail" öndədir - 6:5. Autsayderlər sırasından uzaqlaşmaq istəyən "Keşlə" son iki oyunda da Aftandil Hacıyevin komandasına 1:2 hesabı ilə uduzub. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv "Səbail"ə qarşı keçirdiyi son 4 qarşılaşmada meydanı qolsuz tərk etməyib. "Səbail" hazırda 21 xalla 3-cü, "Keşlə" isə 12 xalla 7-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, XV tura sabah keçiriləcək "Qəbələ" - "Sumqayıt" və "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq. 

Azərbaycan Premyer Liqası, XV tur

3 fevral (şənbə)

16:30. “Zirə” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu

I dövrə - 0:2; II dövrə - 1:2

19:00. “Keşlə” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Mübariz Haşımov, Rauf Allahverdiyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”

I dövrə - 1:2, II dövrə - 1:2 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
38

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
286

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
33

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
35

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
37

Sabahın hava proqnozu açıqlanıb

23

Oktyabr
12:36
ÖLKƏ
196
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 16:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru