Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2019
16:26
1146
Hüseyn Abdullayevin anası prezidentə müraciət etdi

Ötən ilin əvvəlində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva Prezident İlham Əliyevə müraciət edib. 

O, müraciətinin sürətini “Qafqazinfo”ya təqdim edib. Həmin müraciətdə Z. Abdullayeva ahıl yaşda olduğunu və oğlunun səhhətindəki problemləri nəzərə alaraq onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyi dövlət başçısından xahiş edib. 

Onun müraciətini olduğu kimi təqdim edirik:

“Mən Sizə bir Azərbaycan qadını, ömrünün çox hissəsini yaşamış bir yaşlı və dərdli ana kimi müraciət edirəm. Mənim oğlum - Abdullayev Hüseyn Abbas oğlu 2018-ci ilin aprel ayında Türkiyədə olarkən saxlanıraq Azərbaycana gətirilib və ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Sizə də yaxşı məlumdur ki, oğlum Hüseyn Abdullayev həmişə Ümumilli Liderimiz, bütün qəlblərdə həmişəyaşar olan mərhum Heydər Əliyevin yanında olmuş, həmişə onun göstərişlərini can-başla və vicdanla yerinə yetirmiş və daim bununla fəxr etmişdir. O insan həyatda xoşbəxtdir ki, o, Heydər Əliyev kimi dahi bir azərbaycanlının göstərişlərini icra etsin və onun müsəllah əsgəri olsun. Mənim oğlum Hüseyn həmişə həyatında Heydər Əliyevçi olmağı ilə qürur duyub.

Müəyyən mənfur və düşmənə xidmət edən qüvvələr həmişə Sizin həyata keçirdiyiniz uğurlu işlərinizə və qanuni hakimiyyətinizə kölgə salmaq istəyir. Lakin xalqın Sizə olan sevgisi həmin şəxslərin planlarını həmişə puç edib və onların çirkin niyyətləri ürəklərində qalıb.

Avropada olan bəzi şəxslərin Sizə, Azərbaycan hakimiyyətinə və bu xalqa qarşı apardığı kampaniyanın guya, Hüseyn Abdullayevin maliyyələşdirməsi ilə bağlı yayılmış informasiyalar yalan və cəfəngiyatdır. Mənim Sizə müraciətim oğlumu müdafiə etməkdən çox Sizə, Heydər Əliyev yoluna olan sevgimizi göstərmək və bu yoldan dönməyəcəyimizi bəyan etmək məqsədi daşıyır.

Möhtərəm cənab prezident, Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşam. Bütün bunlar mənə ümid verir ki, oğlum Hüseyn Abdullayev barəsində də bu iradənizi nümayiş etdirəcəksiniz. Mənim ahıl yaşda olmağımı və oğlumun səhhətində yaranmış problemləri nəzərə alaraq onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən bir daha xahiş edirəm.

Cənab prezident, mən Sizin humanizminizə və ədalətinizə inanaraq əvvəlcədən minnətdarlıq bildirirəm”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hüseyn Abdullayev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 18:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com