Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2019
11:41
1818
Elman Rüstəmov: `Devalvasiya haqqında danışılanlar qeyri-ciddidir`

“Ötən il qonşu dövlətlərin milli valyutalarında ciddi dəyişikliklər baş verdi. Bu Azərbaycan həm psixoloji, həm də digər kanallarla təsir göstərdi”.

Bunu Mərkəzi Bnakın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

E.Rüstəmov qeyd edib ki, bütün bunlara baxmayaraq, ölkəmiz təhlükələrdən sığortalandı:

“Ötən ilin avqust ayında da demişdim ki, bu, fundamental xarakter daşımır. Bu həmin ölkələrdə siyasi məsələlərdən qaynaqlanan problemlər idi.

2018-ci ildə çox proqnozlar verilirdi ki, manat ucuzlaşacaq, devalvasiya olacaq. Makroiqtisadi sabitlik və neftin qiymətinin 70 dollardan yüksək olduğu bir şəraitdə manat necə devalvasiya uğraya bilərdi? Azərbaycanda devalvasiyadan danışmaq qeyri-ciddilikdir”.

Baş banker qeyd edib ki, bu il üçün bütün proqnozlar məhz makroiqtisadi stabillik üzərində qurulub:

“İsətnilən qədər resurs və imkan var. 2019-cu ilin makroiqtisadi situasiyası 2018-ci ilin situasiyasına çox oxşardır. Dünya bazarında neftin qiymətinin necə olmasından asılı olmayaraq, biz neft şokundan sığortalanmışıq. Manatın devalvasiyası ifadəsindən az istifadə edin. Belə risklər yoxdur.” (Modern.az)

Məqalədə : Manat devalvasiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
27

Dağıstanda 70 uşaq zəhərlənib

19

Aprel
15:33
DÜNYA
395

Azərbaycan bankı holdinqin tərkibindən çıxıb

19

Aprel
14:58
İQTİSADİYYAT
360
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 16:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru