- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycanda bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.
Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək.
Qeyd edək ki, portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.
Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.
08-02-2019 12:27 1504-dən çox tələbə oxuduğu ali məktəbi və ixtisası dəyişmək istəyir
08-02-2019 11:58 Bakıda tələbə qız dəhşətli virusdan öldü - FACİƏ
07-02-2019 11:40 Tələbələrin köçürülməsi bu gün başa çatır
30-01-2019 10:31 Türkmənistanda tələbələrə mobil telefonlar və internet qadağan edilib
24-01-2019 12:44 Gələn aydan tələbələrin köçürülməsinə başlanılır
15-01-2019 14:58 Fevralın 1-dən tələbələrin köçürülməsinə başlanacaq
- 15-02-2019 10:33 Təhsil nazirindən abituriyentlərə və tələbələrə şad xəbər - VİDEO
- 15-02-2019 10:06 DİM buraxılış imtahanı keçirəcək
- 14-02-2019 20:53 Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb
- 14-02-2019 14:25 Bakalavriat səviyyəsi üzrə 70-ə yaxın ixtisas birləşdirilib və ya ləğv edilib
- 14-02-2019 10:12 Rezidenturaya qəbul elan edilib
- 13-02-2019 16:10 BDU məzunları üçün müsabiqə elan etdi
- 13-02-2019 14:53 Qruplar üzrə ləğv olunan ixtisaslar - SİYAHI
- 13-02-2019 14:50 Məleykə Abbaszadə repetitorları ittiham etdi
- 13-02-2019 10:04 Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- 12-02-2019 11:42 Dillər Universiteti açıqlama yayıb
- 12-02-2019 10:11 Nazirlik təhsili olmayan şəxslərin bacarıqlarının tanınması üçün layihə hazırlayıb
- 12-02-2019 09:59 Müəllim-şagird nisbətinə dair metodologiya təsdiq edilib
- 12-02-2019 09:18 Bakalavriat üzrə ixtisasların təsnifatı təsdiqlənib - SİYAHI
- 11-02-2019 16:50 Elm dünyasına möhür vuran qadınlar
- 11-02-2019 15:46 Yuxuda xarici dil öyrənməyin üsulu tapılıb
- 11-02-2019 10:29 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb
- 11-02-2019 08:59 Kimlər gənc alim hesab olunacaq? - Yaş dəqiqləşdirildi
- 09-02-2019 11:19 Məktəbdə biabırçı olay: direktorla valideyn saçyolduya çıxdı - VİDEO
- 08-02-2019 16:52 Qazaxda müəllim məktəbdə ölüb
- 08-02-2019 15:54 Ali məktəblərə qəbulun I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək
- 08-02-2019 12:27 1504-dən çox tələbə oxuduğu ali məktəbi və ixtisası dəyişmək istəyir
- 08-02-2019 10:39 Bakı məktəblərində işə qəbul olmaq istəyənlərin qeydiyyatı başa çatıb
- 07-02-2019 15:30 Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir
- 07-02-2019 12:45 DİM qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək
- 07-02-2019 11:40 Tələbələrin köçürülməsi bu gün başa çatır