Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2019
09:17
`Babək` prospektində daha bir çökmə baş verib - FOTO

Təmirinə 20 milyon manatdan çox vəsait sərf edilən və ötən ilin dekabr ayında istifadəyə verilən "Babək" prospektinin daha bir hissəsində çökmə baş verib.

Çökmə “Yeni Günəşli” qəsəbəsindən üzü “Xalqlar Dostluğu” metrostansiyasına doğru gedən hissədə, prospektin Elşən Süleymanov küçəsilə kəsişməsində qeydə alınıb. 

Hadisə fevralın 1-nə keçən gecə baş verib. Yolun çökməsi nəticəsində dərin çuxur yaranıb. Hərəkətdə olan minik avtomobili çuxura düşüb. Daha sonra çuxura düşən maşın oradan çıxarılıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə "Babək" prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı.

Qeyd edək ki, yenidənqurma işləri zamanı yeraltı kommunikasiya xətlərinin çəkilişi digər qurumlarla birgə aparılıb, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.

Məqalədə : Babək prospekti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
273

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
209

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
203

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
15740

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
450

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
336
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2020 19:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru