Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2019
11:55
938
Ötən il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb

"Ötən ilin iyul-dekabr ayları ərzində qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində plandankənar 148 yoxlama keçirilib".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 6 ay ərzində sanitar-gigiyena ekspertizası zamanı 93 inzibati tənbeh qərarı qəbul edilib: "25 zərərsizləşdirmə tədbirlərinə qərar verilib. Həmçinin qida zəhərlənməsi ilə bağlı 168 müraciət qeydə alınıb. Bunun da 77-si öz təsdiqini tapıb. Nəticədə 187 nəfər zəhərlənməyə məruz qalıb. Botulizm zəhərlənməsi hadisəsi 14 olub ki, 1 nəfər dünyasını dəyişib".

AQTA sədri qeyd edib ki, qida təhlükəsizliyi sahəsində verilmiş icazə sənədlərinin sayı 5586 təşkil edib: "Həmin müddət ərzində idxal üçün 5186, ixrac üçün isə 400 sertifikat verilib".

Q.Təhməzli deyib ki, işçi heyəti üzvlərindən 8 nəfər tutduğu vəzifədən kənarlaşdırılıb: "14 məhsulun satışı dayandırılıb, 7 məhsulun istehsalı qadağan edilib". 

Məqalədə : zəhərlənmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
49

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
51

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
105

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
148

"Kedicik kralı"nın məhkəməsi başlayır

17

Sentyabr
16:23
DÜNYA
112

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
117

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
132
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 20:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru