Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2019
11:59
314
Gömrük rəisi sahibkarlara müraciət edib

“2018-ci il gömrük orqanları üçün bir çox sahələrdə uğurlu il olub”.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün gömrük əməkdaşlarının peşə bayramı münasibətilə bağlı keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, keçən il gömrük sistemində aparılan idslahatlar və bu sahədəki nailiyyətlər bunu deməyə əsas verir: “Xüsusilə də fiskal siyəstdə böyük uğurlar əldə edilib. Ötən il büdcə ödənişlərin öhdəliyini 1 milyard manatdan artıq həyata keçirilməsi komitənin ən böyük uğurlarından biridir”.

S.Mehdiyev bildirib ki, ötən il gömrükçülər 1,2 tona qədər narkotik vasitə aşkar edib ki, bu da ölkənin gömrük sisteminin tarixində rekord göstəricidir. Müsadirə edilmiş narkotikanın böyük hissəsi heroin olub.

Bundan başqa, DGK sədrinin sözlərinə görə, bu gün gömrük sistemində kadr islahatları öz nəticəsini verməkdədir: “Bir neçə gömrük inspektorunun eyni işi görməsinə, “ötür-ötür” oynamasına son qoyulub. Bu gün demək olar ki, bütün kadrlar öz yerindədir”.

S.Mehdiyev vurğulayıb ki, ötən il bir neçə gömrük əməkdaşı tutduğu vəzifəyə və daşıdığı rütbəyə hörmətsizlik edib, rüşvət və korrupsiyaya bulaşıb: “Ancaq onlar bu gün gömrük sistemində yoxdurlar və hüquq mühafizə orqanlarında işlərinə baxılır, onlara qarşı cinayət işi açılacaq. Düşünürəm ki, bu, digər əməkdaşlara da bir siqnal olmalıdır. Belə əməkdaşlar, öz işinə və peşəsinə hörmət etməyən adamlar bizim sıralarımızdan gedəcək”.

Onun sözlərinə görə, rüşvət almağa cəhd edən gömrük əməkdaşları qanun qarşısında cavab verəcəklər: “Belə hallar bu gün də var. Bu məsələni komitə ciddi araşdıracaq. Belə halların qarşısı qısa müddətdə alınmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam edəcək. Bəzi gömrük əməkdaşları iclaslarda xəbərdarlıqlarımıza baxmayaraq, gömrük andına sadiq qalmadılar və bu işə xələl gətirdilər. Biz bu sahədə qəti addınlarımızı bu il də atacağıq. Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər. Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir. Cari ildə də belə faktlar mövcuddur. Bu sahədə ciddi tədbirlər görüləcək və icraçılar aidiyyatı qurumların rəisləri olacaq". 

Məqalədə : gömrük rəisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
749

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
891

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
718

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
741

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
355

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
716

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
731

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
697
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 14:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru