Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2019
15:16
Nar Zərdabda yeni rəsmi mağazasını təqdim etdi

“Nar” mobil operatoru növbəti rəsmi və yeni konseptə uyğun mağazasını Zərdab rayonunda təqdim edib. Müasir avadanlıqlarla təchiz edilmiş mağaza Zərdab rayonu, Azərbaycan prospektində yerləşir. Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar”, yeni dükanda müxtəlif təkliflərlə müştərilərinə xidmət göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək. 

Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq yanvarın 29-u və 30-da hər bir müştəriyə “Nar” nömrə hədiyyə ediləcək. Bundan başqa, telefon və aksesuar alan alıcılara da hədiyyələr veriləcək. 

Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına xüsusi diqqəti ilə seçilir və bölgələrdə yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar” xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılmış və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı vermiş “Yerlim” tariflər toplusunu təqdim edib. Bu tariflə hər kəs yaşadığı bölgədə doğmaları, dostları, bir sözlə, bütün yerlilərinə dəqiqəsi cəmi 1 qəpiyə zəng etmək fürsəti qazanıb.

Məqalədə : Zərdab 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 09:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru