Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2019
16:10
272
Gömrük məntəqələrinin sayı artırılacaq

Gömrük məntəqələrinin sayının artırılması ilə bağlı yeni layihəmiz var. Modern.az xəbər ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. S.Mehdiyev bildirib ki, Komtiə tərəfindən sərhədlərdə sürətli keçidin və sürətli ticarətin asanlaşdırılması üçün yeni yeni texniki avadanlıqlar alınır: 

“Bu ilin ortasına qədər sahibkarlara yeni innovativ layihələr təqdim ediləcək. Nəqliyyat vasitələri təyinat yerindən sərhəd keçid məntəqəsinə getmədən mobil telefonla sıra götürə biləcək. Bu da sərhəddə növbələrin aradan qaldırılmasına xidmət edəcək". 

Komtə sədri qeyd edib ki, sərhəd-keçid məntəqələrində sıxlıq əsasən günün pik saatlarında olur: 

"Əsasən Gürcüstanla sərhəddə səhər saat 09:00-dan 11:00-a qədər müşahidə edilir. Sərhədlərin yenidən modelizasiya olunması, sürətli keçidin təmin edilməsi, ticarətin asanlaşdırılması üçün Vergi və Gömrük Məcəlləsinə yeni düzəlişlər edilib. Sərhəd keçid məntəqələrində idxal zamanı yol vergilərinə görə ödənişlər təyinat gömrük idarəsində alınacaq bu da müəyyən qədər sıxlığı aradan qaldıracaq”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 10:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com