Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2019
14:40
245
`Azərbaycan Xalq Hərəkatı` idarə heyətinin ilk iclası keçirildi

Bu gün Gələcək Azərbaycan Partiyasının qərargahında “Azərbaycan Xalq Hərəkatı” idarə heyətinin ilk iclası keçirildi.

İctimaiyyətə qapalı keçirilən iclasda hərəkatın idarə heyətinin bütün üzvləri iştirak ediblər.

İclası giriş sözüylə açan hərəkatın təsisçisi, sabiq DİN naziri İsgəndər Həmidov yanvar ayının 26-da keçirilən təsis qurultayının gözlənildiyi kimi uğurla keçdiyini qeyd edib.

İdarə heyətinin digər üzvləri də qurultayı müsbət qiymətləndiriblər. Qarşıda görüləcək fəaliyyət planı, hədəflər müzakirə olunub.

İclasda gündəlik məsələlər müzakirə olunub və bu qərarların icra olunması üçün İH üzvlərinə müvafiq tapşırıqlar verilib. İclasda müzakirə edilən məsələlər bunlardır:

AXH-nin təqdimatının dəyərləndirilməsi,

Qərarların icra vəziyyəti,

İctimai-siyasi vəziyyət,

Cari məsələlər

İclasda görüləcək işlər İH üzvlərinə təqdim edilib:

– İH adından bəyanat,

-Dönəm sədri məsələsi

– Təşkilatı işlər

– Beynəlxalq məsələlər

– İddia ətizəsi

3 saata yaxın davam edən iclasda qarşıya qoyulan hədəflər, tapşırıqlar yekdilliklə qəbul olunduqdan sonra İsgəndər Həmidov iclası bağlı elan edib.(Antv.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2019 02:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com