Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2019
14:37
525
AQTA sədri sertifikatların baha olmasına münasibət bildirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli kənd təsərrüfatı məhsulları üçün tələb olunan sertifikatların qiymətinin baha olması ilə bağlı sahibkarların narazılığına münasibət bildirib.

Agentliyin sədri  "Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı hazırlanan dövlət rüsum və tariflərin ekspertizaya sərf olunan kompanentlərin, inqridentlərin hesablamasına əsasən təyin olunduğunu deyib.

Onun sözlərinə görə, AQTA yaradılana qədər ölkədə aqrokimyəvi preparatların ekspertizası 10 manata həyata keçirilirdi: "Lakin bir pestisidin ekspertizasının həyata keçirilməsi üçün onun maya dəyəri, taksikoloji analizləri 170 manata başa gəlir. Ona görə də hazırda həmin məhsulların ekspertizası dövlət tərəfindən qazanc məqsədi ilə həyata keçirilmir. Bu sadəcə ekspertizanı həyata keçirmək üçün heç olmasa minimum sərf olunan reaktivlərin və ləvazimatların maya dəyərini ödəmək üçün edilir".

Q.Təhməzli qeyd edib ki, sahibkarlar üçün təqdim edilən rəqəmlər maya dəyərindən aşağıdır: "Bir çox hallarda dövlət onun böyük hissəsini öz üzərinə götürür. Nəzərə almaq lazımdır ki, qonşu ölkələrdə belə sertifikatların qiyməti qat-qat bahadır. İstər qida, istərsə də qeyri-qida məhsulları ilə bağlı dövlət tərəfindən sahibkarlara kömək edilir. Yəni həm idxal, həm də ixrac zamanı ekspertizaların həyata keçirilməsi Tarif Şurası tərəfindən müəyyən olunmuş rəqəmlərə əsasən təyin olunur. Hesablanmış tariflər hazırda qazanc məqsədi ilə deyil, minimum sərflərin ödənməsini təmin edir. Hesab edirəm ki, bu sahədə dövlət kifayət qədər yükü öz üzərinə götürür". 

Məqalədə : Qoşqar Təhməzli AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1181

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1349

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1799

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1091

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1447

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1181

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1796

6300-dən çox bakalavr ixtisas seçimi edib

17

İyun
11:12
ELM / TƏHSİL
1233
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 19:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru