Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2019
14:18
1925
Azərbaycan sahibkarları narazıdır

"Yaz-payız aylarında nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən kənd təsərrüfatı məhsullarını dəmir yolu ilə ixrac edirik".

Bunu bu gün “Şəmkir Food Export” şirkətinin direktoru Tahir Hüseynov "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib. 

O, dəmir yolu ilə daşınma xərclərinin yüksək olmasından şikayətlənib: "Məhsulları Yalama stansiyasından dəmiryolu ilə Dağıstana daşıyırıq, ordan da yüklər yerli maşınlarla daşınır. 2008-ci ildə dəmir yollarında rəqabət var idi. Məsafə yaxınlığına görə məhsulların daşınması üçün Xudat və Yalama stansiyalarından istifadə edilirdi. Amma Xaçmaz stansiyasından istifadə edilmirdi. Stansiya rəisi olan şəxs hansısa imkanlarından istifadə edib yenilik etdi. Daşınma haqqı 101 km üçün 700 dollar müəyyən edildi. Üstəlik, vaqonların icarəyə götürülməsi haqqı 800 dollar müəyyənləşdirildi. Amma bu gün Xudat stansiyasından sərhəddə qədər 21 km yük daşıyırıq. Ona görə biz hər vaqondakı 50-55 ton yükə görə hardasa 700 dollara yaxın pul ödəyirik. Əslində isə 180 manat ödəməliyik. Dəmiryolunda daşıma ilə bağlı “ADY Express” və başqa şirkətlər yaradılıb. Ötür-ötürlə daşınma qiymətləri qalxıb. Sərhəddən Dərbəndə qədər məsafə 50 kilometrdir. Buna görə isə 350 dollar ödəyirik. 2018-ci il bitib və vaqonlar boş qalıb deyə böyük cərimələr yazılıb".

İqtisadiyyat naziri Şahin Mustafayev isə deyib ki, bu həftə ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyinin iştirakı ilə görüş keçiriləcək: "Tariflərin müəyyən olunması təbii ki, qurumun səlahiyyətindədir. Amma bu məsələlərlə bağlı görüş keçirərik və problemi yoluna qoymağa çalışarıq".(Report)

Məqalədə : sahibkarlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
76

Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb

19

İyun
15:35
İQTİSADİYYAT
41

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirilib

19

İyun
15:02
İQTİSADİYYAT
2096

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

19

İyun
12:20
ELM / TƏHSİL
687

Axtarışda olan 34 nəfər saxlanılıb

19

İyun
12:08
HÜQUQ,HADİSƏ
1261

Bir gündə yol qəzalarında 3 nəfər ölüb

19

İyun
11:51
HÜQUQ,HADİSƏ
1168
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 16:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru