Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2019
12:35
Smartfonların yeni təhlükəsi aşkarlanıb

Beynəlxalq alimlər qrupu yuxudan əvvəl smartfondan istifadə edən uşaqlarda doyunca yatmama və piylənmə riskinin artmasını, eləcə də həyəcanlılığın güclənməsini müəyyənləşdirib.

Mütəxəssislər tərəfindən 11-12 yaşlı 6616 yeniyetmənin müayinəsi zamanı əldə edilən məlumatlar analiz olunub. Uşaqların 70 faizindən çoxu yatmazdan əvvəl azı bir saat smartfon və ya ekrana malik digər qurğudan istifadə etməsini bildirib. Sorğu zamanı onlar, həmçinin həmin vaxt otaqda işıqlanma dərəcəsini, yuxu vaxtını və oyanıqlığı və yatmaqla bağlı problemlərdən əziyyət çəkmələrini qeyd ediblər.

Müəyyən edilib ki, otaqda işıq qoşulu olan zaman smartfondan istifadə edən və ya televizora baxanların 31 faizi pis yatıb. Eyni hərəkəti qaranlıqda edən uşaqlarda yuxu pozğunluğu ehtimalı 147 faiz yüksək olub. Həmçinin aşkar olunub ki, yuxunun kifayət qədər olmaması immunitetin azalması, depressiya, narahatlıq və piylənmə ilə əlaqədardır.

Qiymətləndirməyə görə, dünyada yeniyetmələrin 90 faizi sutkada tövsiyə edilən 11 saatı yatmır və mütəxəssislər bunu qurğuların yayılması ilə izah edirlər. Təkcə Böyük Britaniyada 12-15 yaşlı uşaqların 98 faizi televizora baxır, 90 faizindən çoxu isə smartfondan istifadə edir.

Məqalədə : Smartfon 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14157

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12822

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14215

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13819

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19184

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13688

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13792
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 11:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru