Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2019
10:42
1670
Səhiyyə Nazirliyindən qızılca AÇIQLAMASI

Azərbaycanda qızılcaya yoluxma halları ötən ilin dekabrın ortalarından qeydə alınmağa başlayıb.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, xəstəliyə yoluxma, əsasən böyüklər arasında qeydə alınır:

“Yoluxma hallarının 90 faizi böyüklər arasında olur. Azərbaycanda qızılca peyvəndi olmayan insanlar arasında da qeydə alınır. Bu insanlar uşaq yaşlarında və 2006-cı ildə ölkədə aparılan kampaniya zamanı müxtəlif səbəblərdən peyvənddən kənarda qalıblar”.

A.Əliyeva qeyd edib ki, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanların sayının həddindən artıq olmasını nəzərə alaraq, mart ayında ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi nəzərdə tutulur: "Ölkəyə vaksinlər gətirildikdən sonra yaşlı əhalinin də peyvənd edilməsi üçün elan veriləcək".

Azərbaycanda qızılçaya yoluxmanın tək-tək hallarda uşaqlar arasında da qeydə alındığını və bu uşaqların peyvənddən kənarda qaldığını deyən Mərkəz rəsmisi tövsiyə edib ki, valideynlər peyvənddən kənar qalan uşaqlarını peyvənd etdirsinlər:

“Bu xəstəliyin profilaktikasında əsas yol peyvəndin aparılmasıdır. Əgər uşaq və ya böyük peyvənd olunubsa, onda xəstəliyə qarşı uzunmüddətli immunitet yaranır və yanında xəstə insan olduqda xəstələnmir. Ona görə də tövsiyə edərdik ki, uşaqlar peyvənd edilsin. Peyvənd təqviminə görə uşaqlar 1 yaşında və 6 yaşında peyvənd edilməlidirlər. Əgər valldeynlər uşaqlarını hər hansı səbəbdən təqvimə uyğun peyvənd etdirməyiblərsə, yenə də gec deyil. Valideynlər peyənd edilməyən uşaqlarını 10 yaşına qədər ərazi tibb müəssisələrinə müraciət edərək peyvənd etdirə bilərlər”.

A.Əliyeva əlavə edib ki, Azərbaycanda qızılcaya yoluxma sonuncu dəfə 2013-cü ilin yanvar-iyul aylarında qeydə alınıb. Həmin ilin iyul ayından ötən ilin dekabrına qədər isə Azərbaycanda qızılcaya yoluxma baş verməyib.(Trend)

Məqalədə : qızılca 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
120

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
65

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
95

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
133

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
167

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
157

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
711

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
528
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 17:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru