Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2019
22:40
Sərxoş vəziyyətdə piyadanı vurub öldürdü, köməyə ayıq sürücünü çağırdı

Bu gün axşam saat 22:00 radələrində, Səbail rayonu, Badamdar qəsəbəsinin girişində ("Qurd qapısı") yol-nəqliyyat hadisəsi baş verib.

FaktXəbər-in "Avtosfer"ə istinadən məlumatına görə, "Mercedes" markalı avtomobil yolu keçən 79 yaşlı Əhmədov Zahid Məhəmməd oğlunu vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətdən yerindəcə keçinib. Səbail rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları hadisə yerindən qaçan sürücünü tapmaq üçün dərhal əməliyyat qrupu yaradıblar. Kameralar vasitəsilə nəqliyyat vasitəsinin hərəkət trayektoriyası izlənib.

Nəticədə 50 yaşlı Xəzər rayon sakini Hüseynov Ələddin Ələddin oğlunun idarə etdiyi 99 RD 120 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil Ziya Bünyadov prospektində hərəkətdə olarkən saxlanılıb. Aparılan araşdırmalar zamanı sükan arxasındakı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. O, qəza törədəndən sonra Yasamal rayonu ərazisində avtomobili saxlayaraq ayıq sürücü çağırıb. Ayıq sürücüyə onu evə aparmasını deyib. Lakin avtomobil kameralar vasitəsilə aşkarlanaraq saxlanılıb. Məlum olub ki, Ələddin Hüseynov məsuliyyətdən yaxa qurtarmaq üçün bu addımı atıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə : sərxoş sürücü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20037

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18647

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19568

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25106

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19556

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19711
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 14:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru