Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2019
14:24
Gürcüstanda Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirilib

Gürcüstanın Marneuli rayonunda Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirilib.

Marneuli Mədəniyyət Evinin qarşısındakı parkda keçirilən tədbirdə fəal gənclər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya təşkilatçılarından olan gənc fəal Aygül İsayeva çıxışında bildirib ki, bu yaxınlarda İrakli Kveladze adlı şəxs mətbuata açıqlamasında Marneulidə N.Nərimanovun büstünün olduğu parka Merab Kostavanın adının verilməsi ilə bağlı yerli sakinlər arasında imza toplandığı və müraciətin rayon bələdiyyəsinə təqdim edildiyini deyib: “İrakli Kveladze həmçinin qeyd edib ki, parka Merab Kostavanın adının verilməsindən sonra Nəriman Nərimanovun büstünün yerinin dəyişdirilməsinə də ehtiyac yaranacaq. Biz buna qəti etirazımızı bildiririk və abidənin götürülməsinə heç vaxt yol verməyəcəyik”.

Ziyalılar da çıxışlarında N.Nərimanovun Azərbaycan və Gürcüstandakı böyük xidmətlərindən danışaraq onun adının Gürcüstanda yaşadılması uğrunda mübarizəni yerli azərbaycanlıların mənəvi borcu adlandırıblar. İctimaiyyət nümayəndələri N.Nərimanovun büstünün olduğu parkın abalaşdırılmasına da ehtiyacın olduğunu diqqətə çatdırıblar.

Tədbirdə Marneuli rayon bələdiyyəsinin sədri Amiran Giorqadzeyə ünvanlanmış müraciət oxunub. Sənəddə Mədəniyyət Evinin qarşısındakı parka N.Nərimanovun adının verilməsi, Qızılhacılı kənd ictimai məktəbinə böyük ədibin adının bərpa olunması tələb olunub.

A.İsayeva qeyd edib ki, ötən il avqustun 6-da Marneuli rayon rəhbərliyinə Mədəniyyət Evinə N.Nərimanovun adının verilməsi ilə bağlı müraciətə hələ cavab verilməyib.

Aksiyanın sonunda bələdiyyə sədrinə ünvanlanmış müraciətə imza toplanıb. Marneuli sakinləri müraciətə tezliklə müsbət cavab veriləcəyinə ümidvar olduqlarını ifadə ediblər. (report.az)

Məqalədə : Nərimanov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6420

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5298

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6806

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6817

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9347

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6502
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 07:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru