Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2019
11:29
2261
Dollar 1.97 manata qalxacaq - PROQNOZ

Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ilin Aprel ayından etibarən 1 ABŞ dollarının məzənnəsini 1.70 manat səviyyəsində sabitləyib.

FaktXəbər-in "Marja"ya istinadən məlumatına görə, bu “Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamsında bildirilir. 

S&P, Azərbaycanın reytinqinə yenidən baxaraq ölkəmizə dair proqnozlar da varib. Yenilənmiş proqnoza görə, 2019-cu ilin sonunda Dollar/Manat məzənnəsi 1.79 manat səviyyəsinə, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacaqdır.

“Standard & Poors” qeyd edib ki, əgər neftin qiyməti daha düşərsə Manat ucuzlaşdırılacaqdır. 

Agentliyin fikrincə Azərbaycan Mərkəzi Bankı bu ilin dekabr ayından məzənnəni operativ tənzimləməyə başlayacaqdır.

FaktXəbər-in məlumatına görə, proqnozda bildirilir ki, 2019-cu ilin sonunda Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatları 460 mln. ABŞ dolları və ya 7,31% artaraq 6,754 mlrd. dollara çatacaq.

Qeyd olunub ki, 2018-ci ildə AMB-nin ehtiyatları 959 mln. dollar və ya 17,98% artaraq 6,294 mlrd. dollar olub:

“AMB-nin valyuta ehtiyatları 2020-ci ildə 7,211 mlrd. dollar, 2021-ci ildə isə 7,671 mlrd. dollar olacaq”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dollar manat məzənnə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 18:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com