Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2019
12:47
1009
Sahibkarlar bu vergiləri ödəməlidir

Vergi ödəyicilərini maarifləndirmək məqsədi ilə Fiziki şəxslər necə vergi uçotuna alınmasına aydınlıq gətirir. Belə ki, vergi orqanında uçota alınmaq üçün xüsusi notarius fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxs tərəfindən fəaliyyət göstərdiyi yer üzrə, digər fəaliyyətlə məşğul olmaq istəyən fiziki şəxs tərəfindən isə yaşadığı yer üzrə vergi orqanına aşağıdakı sənədlər təqdim edilməlidir:

- “Fiziki şəxsin vergi uçotu haqqında Ərizə” - fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti; - əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ona verilmiş vəsiqə. 

Sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində vergi orqanı fiziki şəxsi ödənişsiz vergi uçotuna alır və vergi ödəyicisinə müvafiq şəhadətnamə verilir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması isə dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Uçota dayanma zamanı verilən ərizədə fiziki şəxs digər məlumatlarla yanaşı tətbiq edəcəyi vergitutma sistemi barədə məlumatı da qeyd edir və ödəyicinin vergi öhdəliklərinə uyğun olaraq onun vergi mükəlləfiyyəti müəyyənləşdirilir.

Vergi ödəyicisi qeydiyyata alınarkən onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə ilə yanaşı ödəyiciyə ”Nəzarət kitabçası” da təqdim olunur. Nəzərinizə çatdıraq ki, fiziki şəxs onlayn rejimdə də qeydiyyatdan keçmə imkanına malikdir. Bunun üçün həmin şəxs səhifəmizin “E-xidmətlər” bölməsindən “Fərdi sahibkarların onlayn qeydiyyatı” adlı elektron xidmət vasitəsilə İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olmalıdır. Bunun üçün isə, ilk növbədə, fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır.

Fiziki şəxsin onlayn qaydada qeydiyyatdan keçməsi üçün tələb olunan addımlar barədə daha ətraflı məlumatı “Onlayn kargüzarlıq” internet səhifəsindən istifadə TƏLİMATIndan (https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg) əldə edə bilərsiniz. (fins.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : vergi ödəyiciləri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 19:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com