Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2019
11:34
1341
Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilir

Bu gün Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı işə başlayıb.

Tədbiri giriş sözü ilə Kənd Təsərrüfatı Nazirliyinin (Nazirlik) heyvandarlığın inkişafı şöbəsinin müdiri Asəf Ömərov açıb.

O, arıçılığın inkişafının daima dövlətin diqqət mərkəzində olduğunu deyərək bu sahədə çalışanlara subsidiya verildiyini qeyd edib. Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsrətov ölkədə arıçılılara yaradılmış şəraitdən danışıb.

Daha sonra söz fermerlərə verilib. Çıxış edən arıçı İlqar Rəhimov Qida Təhlükəsizliyi Agentliyinin (Agentlik) bu sahədəki fəaliyyətindən narazılıq edib: “Agentliyə balın diastaz yoxlanılması üçün müraciət etmişdi. Məhsul 8 balla qiymətləndirildi. Balı Türkiyəyə göndərdik, orada isə 17 balla qiymətləndirildi. Bu onu göstərir ki, Agentlikdə kadrlar və yaxud avadanlıqlarla bağlı problem var. Balın yoxlanması ilə bağlı xərclərimiz də artıb. Əvvəllər yoxlama üçün Nazirliyin Baş Baytarlıq Laboratoriyasına 10 manat ödəyirdik. Agentlikdə isə bu məbləğ 30 manatdan çoxdur”. 

Məqalədə : Arıçılıq Konfransı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
174

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
89

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
107

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
562

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
124

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
249

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
191

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1190
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 20:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru