Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2019
14:15
`Azərenerji` kütləvi ixtisarlara münasibət bildirdi

Bəzi internet xəbər saytlarında “Azərenerji” ASC-də kütləvi ixtisarların aparılması və bunun qanunsuz olması ilə bağlı məlumatlar verilib. Əslində isə ötən ilin iyul ayında Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəzadan sonra yaradılan Dövlət Komissiyasının yekun rəyinə əsasən bu müəssisədəki mühafizə postlarından 3-ü ləğv edilərək, nəzarəti həyata keçirmək mühafizə polisinə həvalə edilib.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən Faktxeber.com-a verilən məlumata görə, hazırda stansiyada perimetr boyu ağıllı kamera və hasarlama işinə başlanılıb. “Mingəçevir” Su Elektrik Stansiyasının 2 hissəsini və  Mingəçevir Su Anbarını, o cümlədən “Varvara” Su Elektrik Stansiyasını Fövqəladə Hallar Nazirliyi qoruduğu üçün daxildə eyni işi görən mühafizə dəstəsini ən azı ixtisar etməyə ehtiyac vardı. Bütün bunlara görə də, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bir hissə mühafizəçi ştatı ixtisar edilib. Eyni zamanda ixtisara düşən mühafizəçilərə stansiyalarda müvafiq işlər təklif edilib və onların əksəriyyəti bununla razılaşıblar.

Ötən ilin iyulunda baş verən hadisələrdən əvvəl stansiyaların ərazisini mühafizəçilər müşahidə edirdi. İndi isə bütün hər yerdə olduğu kimi, “Azərenerji” ASC-də də ağıllı kamera sistemi qurulur. “Azərbaycan” İES başda olmaqla elektrik stansiyaları strateji obyektlərdir və onların mühafizəsi olduqca mühüm məsələdir. Bu səbəbdən də müasir texnologiyalar əsasında mühafizə və müşahidə sistemini təşkil etmək, mühafizə dəstələrini optimallaşdırıb daha çevik formaya gətirmək günün tələbidir.

“Azərenerji” ASC-nin mərkəzi aparatında təmir işlərinin aparılması ilə bağlı mətbuatda yayılan məlumatlara gəldikdə isə təmir mərkəzi aparatda deyil Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda aparılır. Sovet dövründə tikilən və yararsız hala düşən bu binada nəinki elmi fəaliyyət, heç normal iş şəraiti mövcud deyil. Bu səbəbdən də institutda təmir işlərinə başlanılıb və yaxın zamanlarda həmin bina müasir standartlara uyğun səviyyəyə gətiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7065

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5934

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7443

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7422

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10517

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7147
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 06:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru