Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2019
10:30
1646
Deputat oğlunun ölüm səbəbinə aydınlıq gətirdi

Milli Məclisin deputatı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən vəfat edən 29 yaşlı oğlu Elçin Qasımovun ölüm səbəbi əslində qəza deyilmiş.

Bu barədə Modern.az saytına Milli Məclisin deputatı Əsabil Qasımovun yaxınları məlumat verib.

Bildirilib ki, mərhum Elçin Qasımov qəzaya uğramayıb, kanatla hərəkət edərkən yüksək qan təzyiqi yaranıb, sonra vəfat edib.

“Elçin İsveçrədəki qış turizm mərkəzindəki kanata minib. Kanatdan düşdükdən sonra isə onun vəziyyəti pisləşib. Dərhal həkimlər ona ilkin tibbi yardım göstəriblər. Bu zaman aydın olub ki, Elçin Qasımovun təzyiqi həddindən çox yüksəlib. Mərhumun ölümünə də səbəb məhz budur”.

Elçin Qasımovun subay olduğu da bildirilib.

Xatırladaq ki, dünən bir sıra mətbuat orqanlarında 29 yaşlı Elçin Qasımovun İsveçrədə xizək qəzasına düşməsi və hadisə nəticəsində ağır kəllə-beyin travması alaraq dünyasını dəyişməsi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Deputat Əsabil Qasımov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 10:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com