Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2019
15:14
241
AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi: Öz ərizəmlə çıxmışam

“AzTV-dən öz ərizəmlə çıxmışam. Kimsə məni işimdən çıxartmayıb. Alışanovun dövründə deyil, bir neçə gün bundan qabaq ərizə yazmışam”.

Bunu Modern.az-a açıqlamasında AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi  Şahrza Əliyev deyib.

Ş.Əliyev bildirib ki, onun fəaliyyətilə bağlı audit yoxlamalarının aparıldığı barədə xəbərlər doğru deyil.

“Bircə onu deyə bilərəm ki, heç bir audit yoxlamaları aparılmır”.

Şahrza Əliyev gələcək fəaliyyətindən də söz açıb:

“Bir müddət təhsil sahəsində çalışmışam. Təbii ki, bizə ehtiyac olacağı təqdirdə yenidən təhsil sahəsinə qayıtmağımız mümkün ola bilər. İxtisasca iqtisadçıyam. Harda olsa, özümə iş tapmaq gücünə malikəm. O qədər özəl şirkətlər var ki!.. İqtisadçılara həmişə ehtiyac var. Ona görə də işdən çıxmağımla bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki,  Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanması barədə xəbərlər yayılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : AZTV 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 09:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com