Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2019
14:18
DİM qəbul imtahanları ilə bağlı AÇIQLAMA yaydı

“Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən nəşr olunmuş “Abituriyent” jurnalının 1-ci sayında ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri və digər zəruri məlumatlar dərc olunub.

Bundan sonra Dövlət İmtahan Mərkəzinin elektron poçt ünvanına, Çağrı Mərkəzinə və sosial şəbəkələrdəki hesablarına qəbul imtahanının I mərhələsi üzrə fənlərə aid proqramlar və tapşırıq nümunələri ilə bağlı müraciətlər daxil olub.

DİM bəyan edib ki, qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün buraxılış imtahanı) üçün imtahan proqramları, qiymətləndirmə meyarları, ədəbiyyat siyahısı, test tapşırığı nümunələri və digər zəruri məlumatlar 2018-ci il noyabrın 2-də nəşr olunmuş “Abituriyent” jurnalının xüsusi buraxılışlarında (Azərbaycan və rus dillərində) təqdim olunub.

Həmin jurnalları da DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və yawww.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. 

Məqalədə : DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
230

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
265

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
526
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 23:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru