Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

23 Yanvar

2019
12:54
719
Öldürülən oğlu barədə filmin `Oskar`a namizəd olması ananı qəzəbləndirdi-VİDEO

İngiltərədə 1993-cü ildə 2 yaşındakı Ceyms Balceri (James Bulger) qaçırandan sonra işgəncə ilə öldürən 2 uşaq qatili barədə çəkilən "Detainment" filmi "Ən yaxşı qısa film" kimi Oskara namizədliyi verilib. Öldürülən uşağın anası isə bu hadisəyə etirazını bildirib.

FaktXeber.com-un Haberler-ə istinadla verdiyi məlumata görə, uşağın anası Denis Fergus filmlə bağlı qərarı çirkin adlandırıb.

"Bu sözdə filmin "Oskar"a namizəd göstərilməsinin məni necə iyrəndirdiyini və kədərləndirdiyini sözlərlə ifadə edə bilmirəm", - deyə qadın bildirib.

Fergus əlavə edib ki, filmin  müəllifləri çəkilişlər üçün ondan izn almayıblar, həmçinin onu və uşağın qohumlarını həmin faciəni təkrar  yaşamasına səbəb olublar.

O, xatırladıb ki, bundan əvvəl Amerika Kinoakademiyasından  bu filmi siyahıdan  çıxarmağa çağırıb, onun bu tələbi 90 min nəfər tərəfindən dəstəklənib.

Filmin rejissoru Vinsent Lemb ailə ilə məsləhətləşmədiyi üçün artıq üzrxahlıq etdiyini bildirib  və əlavə edib ki, filmi "maliyyə gəliri əldə etmək üçün" çəkməyib.

Qeyd edək ki, film uşağı işgəncə ilə qətlə yetirən Robert Tompson və Con Veneyblzın sorğusunun  stenoqramm əsasında çəkilib. Hər iki qatilin cinayət törədərkən 10 yaşı olub.

Onlar uşağı  Bootle şəhərində bir ticarət mərkəzindən qaçırmışdılar. Balcer işkəncə ilə öldürüldükdən sonra həbs olunan Tompson və Veneyblz, 2001-ci ildə isə azadlığa çıxıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
166

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
54

Sabah Bakıda hava yağmursuz olacaq

24

Aprel
14:10
ÖLKƏ
78
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 21:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru