Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2019
10:50
2117
`Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır`

"Azərbaycan əhalisinin 25 faizini 14-29 yaşlı gənclər təşkil edir. Bu da hökumətin uzunmüddətli siyasət aparması üçün zəmin yaradır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır".

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli "Gənclərin məşğulluğu: İşəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ölkədə bu gün 14-29 yaşlı gənclər arasında işsizlik göstəricisi 9,2 faizdir: "Bu da ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur. Gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir".

M.Kərimli qeyd edib ki, Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir: "Hər il ölkədə yüz minə yaxın gənc əmək bazarına daxil olur. Gənclərin məşğulluğu ilə bağlı ortaq məsuliyyət var".(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan əhalisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2019 01:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com