- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Yenidoğulan körpələrin xəstəxanada ana südü ilə qidalandırılması ilə bağlı tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir. FaktXəbər bildirir ki, bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.
Onun sözlərinə görə, Azərbaycanda yalnız ana südü ilə qidalanma göstəricisi aşağıdır: "Düşünürük ki, bu, kifayət qədər məlumatlandırmama, yanlış məsləhətlərin verilməsi səbəbindən baş verə bilər. Bununla əlaqədar yeni ana olmuş qadınlarla ünsiyyətdə olan tibb işçilərinin təkrar məlumatlandırılmasına ehtiyac var".
E.Karvardin qeyd edib ki, dövlətin bu məsələ ilə bağlı konkret təlimatı və tələbləri var: "Bu tələblər birmənalı şəkildə yerinə yetirilməlidir. Yəni xəstəxanalarda yenidoğulan uşaqlara süni uşaq qidalarının verilməsinə ümumiyyətlə yol verilməməlidir. Bu, Azərbaycan dövlətinin təlimatlarında da nəzərdə tutulub".
UNICEF rəsmisi əlavə edib ki, həyatının ilk dövründə körpənin ana südü ilə qidalanması onun sağlamlığına birbaşa təsir edir. Ananın orqanizmindəki antitellər körpəyə ötürülür və onun immunitetini gücləndirir:
"Bu, körpənin həm fiziki inkişafına, həm də beyninin inkişafına çox müsbət təsir edir və yalnız ana südü ilə qidalanma gələcəkdə uşağın sağlam böyüməsi üçün əhəmiyyətlidir. Düşünürük ki, bu sahədə tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir".
Qeyd edək ki, 2017-ci ildə (2018-ci il üzrə göstəricilər hələ açıqlanmayıb) ümumilikdə 3 aya qədər uşaqların 89,7 min nəfəri ana südü ilə qidalanıb. 2005-ci ildə belə körpələrin sayı 95,2 min nəfər olub.
2017-ci ildə 6 aya qədər körpələrin 69,7 min nəfəri (2016-cı ildə 73,9 min nəfər) ana südü ilə qidalanıb ki, onların da 41,3 mininə (2016-cı ildə 41,5 min) yalnız ana südü verilib.
Azərbaycandakı körpələrin 55,4 mini 12 aya, 16,8 mini 1,5 yaşa, 7,8 mini isə 2 yaşına qədər ana südü ilə qidalanıb.
- 20-02-2019 16:33 Yaşlıların qripə tez yoluxmasının səbəbı açıqlandı
- 20-02-2019 15:43 Milli Oftalmologiya Mərkəzi Xaçmaz sakinləri üçün aksiya keçirəcək
- 20-02-2019 12:07 Azərbaycanda 106 nəfər qızılcaya yoluxub
- 19-02-2019 12:03 Mütəmadi siqaret çəkmək dünyanı "rəngsizləşdirir"
- 18-02-2019 13:22 Qarında piy: ƏSAS TƏHLÜKƏLƏR
- 18-02-2019 10:22 Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olunub
- 15-02-2019 14:42 Yuxusuzluğun ölümcül təhlükəsi açıqlanıb
- 14-02-2019 15:20 Məşhur akademik: “Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb”
- 13-02-2019 16:21 Qusarda əhalinin tibbi müayinəsinə başlanılıb
- 13-02-2019 12:01 Xərçəngin əsas simptomları açıqlanıb
- 12-02-2019 16:41 İnsan ixtiraları arasında ən qorxuncu
- 12-02-2019 15:57 Hepatitə yoluxanların sayı əhalinin 2%-ni təşkil edir
- 12-02-2019 15:24 Baş infeksionist qızılca ilə bağlı son vəziyyəti açıqlayıb
- 12-02-2019 11:55 Alimlər: Allaha inanmaq insanı depressiyadan qoruyur
- 12-02-2019 08:44 Azərbaycanda maraqlı tədqiqat: Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər
- 11-02-2019 14:04 Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb
- 08-02-2019 21:01 Komitə sədri: Ən təhlükəli məsələlərdən biri odur ki...
- 08-02-2019 16:55 Balıq yağının hamilə qadınlara gözlənilməz FAYDASI
- 08-02-2019 12:52 Düyü həlimi - orqanizmi təmizləyir, müalicə edir, gözəlləşdirir
- 08-02-2019 10:02 ÜST: Avropa qızılcaya yoluxma ilə bağlı 10 illik rekordu qırıb
- 07-02-2019 15:20 Televizor qarşısında çox oturmaq xərçəng yaradırmış
- 07-02-2019 12:15 Aynur Sofiyeva: "Ailə institutu deformasiyaya məruz qalıb"
- 06-02-2019 11:32 Depressiyadan qurtulmağın ən sadə yolu açıqlanıb
- 05-02-2019 14:19 Azərbaycanda orqanlarını bağışlayanların vəsiyyəti rəsmiləşdiriləcək
- 05-02-2019 12:36 Genetikası dəyişmiş uşaqların daha bir "müəllifi" tapılıb