Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2019
21:45
270
Mühəndis və Kimya hərbi hissələrində yeni obyektlər istifadəyə verilib - VİDEO

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni istifadəyə verilən hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.

Müdafiə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnikalar alınaraq qoşunların təminatına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati tikililər müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Kimya Qoşunlarının üzərinə düşən tapşırıqların xüsusiyyətləri nəzərə alınmaqla yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana və xüsusi texnikanın saxlandığı parkla tanış olub. Qeyd olunub ki, yaradılan şərait şəxsi heyətin kimya təminatı tapşırıqlarını daha keyfiyyətlə yerinə yetirməsinə müsbət təsir göstərəcək.

General-polkovnik Z.Həsənov hər iki qoşunların komandanlığı qarşısında döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar qoyub. 

Məqalədə : Müdafiə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
653

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
147

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
101

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
88
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 04:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru