Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2019
08:47
Polis rəisi: Milli Şuranın mitinqinə icazə verilməməsi ilə bağlı vəsatət qaldıracağam

FaktXəbər-in məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov "Report"a müsahibəsində AXCP sədri Əli Kərimlinin iddialarına cavab verib. O bildirib ki, AXCP sədri və onun tərəfdarları keçirdikləri son mitinqdən sonra eyforiyaya qapılaraq və reallıq hissini itirərək xalqın adından danışmaq səlahiyyətlərini üzərlərinə götürüb hakimiyyət orqanları ilə ultimativ tonda, şantaj dili ilə danışmağa çalışırlar. 

Müsahibəsində M.Seyidov Milli Şuranın yaxın günlərdə yenidən mitinq keçirmək istəyinə münasibət bildirib. O qeyd edib ki, sonuncu mitinqlərində, Milli Şura əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər ediblər: "Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam."

Məqalədə : Mirqafar Seyidov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6245

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5145

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6671

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6692

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9097

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6367
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-07-2020 19:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru