Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Yanvar

2019
14:35
Nazirlik: 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardmlar verib. Bu barədə FaktXəbər-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Bildirilib ki, hazırda Azərbaycan Prezidentinin təqaüdü olaraq, 20 Yanvar şəhidlərinin ailələri ayda 300 manat və 20 Yanvar əlilləri - I qrup əlillər 182 manat, II qrup əlillər 158 manat, III qrup əlillər 121 manat təqaüdlə təmin olunurlar. Prezidentin aylıq təqaüdü ilə bərabər, 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət, 20 Yanvar əlillərinə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, həmçinin onların uşaqlarına müavinət ödənilir.

Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, onların əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə müharibə əlilləri ilə bərabər, 20 Yanvar əlilləri və şəhid ailələrinin də mənzillə, eləcə də 20 Yanvar əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilib. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Nazirlikdən vurğulanıb ki,  bu təbəqədən olan insanlar üçün qanunvericlik aktlarında bir sıra güzəşt və imtiyazlar da əksini tapıb: "Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işlərində də 20 Yanvar əlilləri daim diqqətdə saxlanılır".

Məqalədə : 20 yanvar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 3-cü gününün duası - AUDİO

15

Aprel
20:00
MƏNƏVİYYAT
125

ABŞ-ın dövlət katibi İraqa gedib

15

Aprel
15:59
DÜNYA
306

"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırıb

15

Aprel
15:30
BÖLMƏNİ DÜZ SEÇ!
216

“Zəfər yolu”nun inşasından son - Fotolar

15

Aprel
13:09
NƏQLİYYAT
266

Türkiyənin yeni səfiri Bakıya gəlir

15

Aprel
12:29
SİYASƏT
538

Ramazan orucu nə zamandan tutulur?

15

Aprel
11:59
MƏNƏVİYYAT
325

Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi

15

Aprel
11:52
HÜQUQ,HADİSƏ
293

Azərbaycan nefti kəskin bahalaşıb

15

Aprel
10:59
İQTİSADİYYAT
357

Tokio-2020 ləğv oluna bilər

15

Aprel
10:37
DÜNYA
393
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-04-2021 22:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru