Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

18 Yanvar

2019
11:47
2754
Paşinyan Sarqsyana niyə toxunmur?

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan ölkədə «məxməri inqilab»ın əsas düşmənlərindən biri olub. Devriləndən sonra Sarqsyan siyasi səhnədən yoxsa çıxsa da, ölkəni tərk etməyib və belə görünür ki, hazırda o, sabiq məmurların məruz qaldığı məhkəmə istintaqına cəlb olunmaqdan uzaqdır.

Sarqsyandan fərqli olaraq onun yaxın qohumlarının və ətrafında olanların isə bəxti daha az gətirib. 

Hazırda Sarqsyan İrəvan yaxınlığında Dzorapür kəndində kürəkəni  Mikael Minasyanın  evində yaşayır və mütəmadi olaraq paytaxta işə gedir. Hökumət ona  rəsmi rezidensiya təklif etsə də, «təhlükəsizliklə» əlaqədar o, bundan imtina edib.

O, ölkədə baş verən siyasi –ictimai hadisələri izləyir, lakin yaxın günlərdə heç bir bəyanat verməyə hazırlaşmır. Facebook-a gəldikdə isə özü izləməsə də, əsas diskusiyalar barədə mütəmadi hesabatlar alır.

Mənbə iddia edir ki, sabiq prezident siyasi səhnə üçün əlverişli məqam gözləyir.

O, ictmai həyatda görünməsə də, vaxtilə iqtidarda olan  Ermənistan Respublika Partiyasının rəhbərliyində qalır.

Ölkədə  baş verən etiraz aksiyalarının  əsas hədəfi Sarqsyan olsa da, Paşinyan vəzifəyə gəldikdən sonra sabiq hökumət başçısı barədə az danışır. Bunun yerinə o, sabiq məmurların və daha bir sabiq prezident Robert Köçəryanın üstünə düşüb.

Bu hal Paşinyan və Sarqsyan arasında gizli sövdələşmə barədə şaiyələrə səbəb olub. 

Sarqsyanın ətrafı və qohumlarının bəxti isə daha az gətirib: Paşinyan sentyabr ayında Sarqsyanın qardaşı Aleksandrın (Saşik kimi tanınır) yaxasından yapışdı: «Saşik Sarqsyanın  təkcə Erməni bankında 30 milyon dollar var» , - deyərək, ondan pulları dövlət xəzinəsinə qaytarmağı tələb etdi. Noyabr ayında Saşik Sarqsyan  bununla razılaşaraq, bütün məbləği dövlətə verdi.

Ötən yayda erməni hüquq mühafizə orqanları  sabiq prezidentin qardaşı oğlu  Narek Sarqsyanın  evində axtarış apararkən  silah və narkotiklərlə dolu anbar aşkarladılar. Sentyabr ayında Narek ölkədən qaçsa da, dekabrda Praqada həbs olunur.

Bundan başqa Sarqsyanın digər qohumu Ayka qarşı 2007-ci ildə öldürməyə cəhd işi ilə əlaqədar  ittiham irəli sürüldü.

Vaşinqtonda yaşayan və Ermənistan üzrə ekspert olan Emil Sanamyan Sarqsyanın toxunulmazlığını Paşinyanın minnətdarlıq ifadəsi kimi izah edib: «Hər şeydən əvvəl o, 2008-ci ildə etiraz aksiyalarının təşkili ittihamı ilə həbs olunmuş Nikol Paşinyanı  amnistiya edib».

İrəvandan olan ekspert Riçard Qiraqosyan isə bu toxunulmazlıqla bağlı iki versiya irəli sürüb: «Birincisi, şaiyələrə baxmayaraq Sarqsyan cinayətkar yolla dövlətlənmək məsələsində birbaşa adının hallalanması üçün  müəyyən işlər görüb. Bunun yerinə o, topladıqlarını sıxlımıq üçün öz cangüdəninə, ya təhlükəsizlik xidmətinin rəhbərinə, yaxud da qardaşına güvənə bilərdi. İkincisi, onu var-dövlət deyil, hakimiyyət hərisliyi ola bilər. Və o, bu yönünü bütün siyasi karyerası dövrlərində nümayiş edib», deyə Qriqosyan əlavə edib.

Qeyd edək ki, həqiqətən də bir çox erməni məmurlarının adı offşor hesablarda hallansa da, Sarqsyanın adı heç vaxt çəkilməyib. Rəsmi deklarasiyada o, 2017-ci ildəki gəlirini  26 mln dram (50 min dollar) göstəib.

Bununla belə, onun toxunulmazlığının nə vaxta qədər sürəcəyi hələ bəlli deyil.

FaktXeber

Məqalədə : Sarqsyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
97

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
44

Bu 4 restoran bağlana bilər - ADLARI

22

Aprel
15:26
ÖLKƏ
412

Piylənmənin yaddaşı niyə pozduğu məlum olub

22

Aprel
15:03
AİLƏ, SAĞLAMLIQ
520
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2019 18:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru