Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2019
12:29
542
Reynaldo: “Buraxdığım səhvlərdən nəticə çıxarmışam”

"Qarabağ”ın yenidən heyətinə cəlb etdiyi brazilyalı hücumçu Reynaldo qol.az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb. O, komandaya qayıdışına, transfer prosesinə, hazırkı fiziki durumuna və bir çox mövzuya toxunub.

- İki illik fasilədən sonra “Qarabağ”a qayıtdın. Komanda səni necə qarşıladı?

- Qayıtmaq variantım ortaya çıxanda menecerlər vasitəsi ilə dərhal hərəkətə keçməyə başladıq. Mənim özümün də “Qarabağ”a qayıtmaq istəyim vardı. Bura mənim doğma evim kimidir. Çox isti qarşılandım.

- İlk təşəbbüs sənin tərəfindən oldu, yoxsa klubun məşqçi heyətinin?

- Əsas mənim geri dönmək istəyim vardı. Baş məşqçimiz də məni komandada görmək istədi. Nəticədə transfer gerçəkləşdi.

- Danışıqlar təxminən nə vaxt intensivləşdi?

- Danışıqların əsas mərhələsə dekabrda oldu. Çünki “Qarabağ”ın həm Avroliqada, həm də çempionatda vacib oyunları vardı. Mən də gözlədim ki, həmin oyunlar bitsin. Daha sonra da məni danışıq aparmaq üçün çağırdılar. Bu da dekabr ayına təsadüf edir.

- "Uypeşt”lə yoxlama oyununda azarkeşlər əsas sənin oyununu səbrsizliklə gözləyirdilər. Amma zədə səbəbi ilə oynamadın. Zədən nə dərəcədə ciddidir?

- Ümumiyyətlə, “Qarabağ” üçün mövsümün ilk yarısı bir az gec qutarıb. Yəni, bizdə - Qazaxıstanda isə noyabrda bitib. Mənim üçün fasilə bir az çox oldu. İstənilən halda, oyun praktikası başqadır. Düzdür, mən Brazilyada dostlarımla bəzən yoldaşlıq oyunlarında meydana çıxırdım, amma təbii ki, bu oyunlarla müqayisə olunmaz. Təlim-məşq toplanışında məşqlər bir az ağır olur. Yəni, ağır məşqlərə uyğunlaşmaq baxımından bir az çətinlik oldu. Mənə elə gəlir ki, artıq hər şey qaydasındadır. Növbəti məşqdən komandaya qoşula bilərəm. Heç bir ciddi zədədən söhbət gedə bilməz.

- Transferindən əvvəl Qurban Qurbanovun jurnalistlərə belə bir açıqlaması olmuşdu ki, Reynaldonu komandaya qaytaracağıq, amma onun qarşısında bəzi şərtlərimiz var. Bilmək olar, hansı şərtlər idi? Çünki mediada intizamsız davrandığına aid xəbərlər yayılmışdı. Bu iddiaları təsdiqləyirsən, yoxsa başqa səbəblər var idi?

- Ümumiyyətlə, bu sualı artıq neçənci dəfədir ki, mənə ünvanlayırlar. Cavabın da vermişəm. Bəli, baş məşqçimizlə aramda bəzi söhbətlər oldu. Amma istəməzdim ki, bu söhbətləri detallarına qədər açıqlayım. Keçmişdə baş verən neqativ məsələləri ortaya çıxarmağı düşünmürəm. İstərdim ki, daha çox elədiyim pozitiv şeylərə köklənək. Onları xatırlasaq, yaxşı olardı. İstər-istəməz keçmişdə buraxdığım səhvlərdən nəticə çıxarmışam və öz məsuliyyətimi dərk edirəm. Düşünürəm ki, bir daha elə şeylər olmayacaq.

- Riçard Almeydanın da komandaya geri dönməsi sənin üçün əlavə bir motivasiya oldumu?

-  Heç şübhəsiz. Onun qayıdışına çox sevinirəm. Mənə elə gəlir ki, nəinki mən, bütün azarkeşlər və komanda üzvləri onun dönüşünə çox sevinirlər. Qazaxıstanda bir-birimizə qarşı oyuna çıxmamışdan əvvəl söhbət edəndə Riçard mənə yenidən “Qarabağ”a dönmək istədiyini bildirmişdi. Elə alındı ki, hər ikimiz də komandaya qayıtdıq. Təbii ki, burada çox uğurlu günlərimiz olub. Ümid edirəm ki, eyni uğurları yenidən yaşayacağıq.

- “Qarabağ”da oynayanda Qurban Qurbanov bəzi oyunlarda səni sırf hücumun sivri ucunda oynadırdı. Hazırda komandada həmin mövqedə problemlər yaranıb, yəni, yeni futbolçu alınmayıb. Baş məşqçi sənə həmin mövqedə vəzifə versə, özünü mərkəz hücumçusu kimi oynamağa tam hazır hiss edirsən? Baxmayaraq ki, sənə doğma mövqe deyil.

- İlk növbədə onu deyim ki, hələ mən əvvəlki formamı bərpa etməliyəm və əsas heyətə düşməliyəm. Çünki futbolçularımızın hamısı yaxşı vəziyyətdədir və oynayırlar. Ona görə əsas heyətə düşmək asan olmayacaq. O ki qaldı hücumun sivri ucunda oynamağa, baş məşqçimiz demək olar ki, əksər oyunlarda məni o mövqedə oynadırdı. Mənim üçün fərq etmir. Baş məşqçimiz hansı mövqedə vəzifə versə, oynamağa hazıram və oynamaq istəyirəm. Mövqedən asılı olmayaraq, komandama maksimum kömək etməyə çalışacağam.

- “Qarabağ” azarkeşlərinin əksəriyyəti sənin gəlişini müsbət qarşılasa da, səndən gözləntiləri də çoxdur. Son olaraq, azarkeşlərə nə demək istəyirsən?

- Bütün “Qarabağ” azarkeşlərinə, ümumiyyətlə, Azərbaycana təşəkkür edirəm. Mənə həmişə isti münasibət bəsləyiblər. Bunu hər zaman hiss etmişəm. Onu demək istəyirəm ki, komandanın uğur qazanması  üçün tər tökəcəyəm, əlimdən gələni edəcəyəm.

Məqalədə : Reynaldo 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputatların da pensiyası artacaq

27

İyun
14:10
ÖLKƏ
296

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

27

İyun
14:08
HÜQUQ,HADİSƏ
121

Bu da onlardan biridir - FOTO

27

İyun
12:21
HÜQUQ,HADİSƏ
3120

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
3047

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb - FOTO

27

İyun
11:49
HÜQUQ,HADİSƏ
1536

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1354

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
56

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
998
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 14:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru