Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2019
09:52
498
Moskvada Azərbaycan məscidi ətrafında nə baş verir?
Diaspora həyəcan təbili çalsa da, müvafiq qurumlar problemi həll etməyə həvəsli deyil

Moskvada azərbaycanlılara məxsus “İnam” məscidi ətrafında qalmaqal yenidən mətbuatın gündəminə gəlib. Bu dəfə məscidin bağlandığı bildirilir. Bildirilir ki, hazırda məscidin faktiki və hüquqi sahibi olan tatar əsilli iş adamı Rəşid Bəyazidov azərbaycanlı icmasını məsciddən çıxarıb.

Məsələ ondadır ki, bu məscidin bir zamanlar azərbaycanlılar tərəfindən, konkret olaraq Bakının keçmiş prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan iş adamı Rəşid Bəyazidov yardım edib. Bəyazidov məscid tikilməsi üçün ona məxsus olan torpaq sahəsini ayırıb.

Ancaq sonradan Bəyazidov məscidi öz adına və tamamilə öz nəzarətinə keçirib. Bu ilin əvvəlində isə Bəyazidov məscidin qapısını bağlayaraq azərbaycanlıları ora buraxmayıb. Məscidin axundu Mahir Həziyev “Yeni Müsavat”a verdiyi açıqlamada bildirdi ki, məscidin hüquqi sənədlərinin tatar iş adamında olması, sonuncunun istədiyi qərarı qəbul etməsi üçün əsas verir, o isə azərbaycanlılara öz şərtlərini diktə edir.

M.Həziyev deyir ki, iş adamı hüquqi olaraq məscid üçün kirayə tələb edə bilmir, amma bunun əvəzində kommunal xərclər adı ilə pul toplayır. Ötən dövrdə bu məbləğ 150 min rubl olub aylıq. Ancaq daha sonra R.Bəyazidov məbləği bir qədər də artıraraq 250 min rubl tələb edib. Təxminən 4 min dollardan bir qədər çox. Axund deyir ki, məscidin icması bu məbləği hər ay toplayıb ödəməyə hazırdır, ancaq iş adamının hər dəfə böyüyən tələbləri icma üzvlərini qəzəbləndirir. Bu səbəbdən də yaranmış narazılıq nəticəsində problem yaranıb.

Qeyd edək ki, interpress.az saytına açıqlamasında Moskva Azərbaycanlıları İcmasının (MAİ) rəhbəri Şamil Tağıyev bildirib ki, sözügedən məscid 10 ilə yaxındır ki, icarədədir. Ş.Tağıyev deyir ki, daha əvvəl məscid icarə haqqı ödəməsə də, keçmiş prokuror dünyasını dəyişdikdən sonra məscidə icarə haqqı ödənişi təyin olunub. Və icarə haqqı hər il artırılıb.

Ş.Tağıyev qeyd edib ki, sonuncu dəfə məscid noyabr ayında bağlananda məscidin sahibi ilə görüşərək problemin aradan qaldırılmasına nail olub. Ancaq onun sözlərinə görə, bu dəfə ibadət ocağı azərbaycanlı müsəlmanların həmrəylinin olmaması səbəbindən bağlanıb: “Təəssüflər olsun ki, bizim öz həmvətənlərimiz olan bəzi qüvvələr məscidin bağlanması üçün səy göstərirdilər. Çünki bəzilərinin o məsciddə maraqları var idi”.

Ş.Tağıyev deyib ki, məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Şeyxi Hacı Allahşükür Paşazadənin Moskvadakı nümayəndəsi ilə də görüşüb təkliflər veriblər: “Çünki burada azərbaycanlı müsəlmanların həmrəyliyi yoxdur. Ümidvarıq ki, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi Rusiyadakı həmkarları ilə danışıqlar aparıb azərbaycanlı müsəlmanların üzləşdikləri problemlərin aradan qaldırılmasına nail olacaqlar. Azərbaycanlılara məxsus ibadət ocaqlarının bağlanması həmvətənlərimizin radikal dini qruplaşmalara qoşulmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, məscidin taleyi və diaspor təmsilçisinin qaldırdığı məsələ ilə bağlı Azərbaycandakı müvafiq qurumlarla əlaqə saxladıq. QMİ-dən və Diaspor Komitəsindən məsələyə münasibət almaq mümkün olmadı. Diaspor Komitəsindən bu məsələyə dair heç bir açıqlama olmayacağı deyildi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə sorğumuza cavab olaraq verilən açıqlamada sözügedən məscidin Azərbaycanın müvafiq qurumları ilə əlaqəsinin olmadığı bildirildi. Sitat: “Mətbuatda yayılmış məlumatla bağlı qeyd etmək istəyirik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olan məlumata görə, sözügedən ibadət yeri məscid deyil. Moskva şəhərində vaxtilə bir qrup azərbaycanlı ibadət üçün icarəyə götürdükləri və toplandıqları məntəqədən namazgah kimi istifadə ediblər. Həmin obyektin Azərbaycan dövlətinə və Qafqaz Müsəlmanları İdarəsinə heç bir tabeliliyi olmayıb”.

Belə görünür ki, Azərbaycan diasporu hələ də sahibsizdir. Nə müvafiq qurumlar, nə də diaspor azərbaycanlıların yaranmış problemini həll etməyə o qədər də maraqlı deyil. İstənilən halda dini sahənin bu qədər diqqətdən kənarda qalması yaxşı hal sayıla bilməz. ("Yeni Müsavat")

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3459

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1648

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2812

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1102
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 04:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru