- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Suriyadakı real vəziyyəti, eləcə də Rusiya, Çin və İranın ölkə prezidenti Bəşər Əsədin lehinə çıxdığını anlamaq o qədər də çətin deyil. Əlbəttə ki, ölkədəki dəhşətli münaqişənin əsas səbəbi neft və qazdır.
Maraqlıdır, Suriyadakı üsyanlar nədənsə 2011-ci ilin iyun ayının 25-ində Buşerdə İran-İraq-Suriya ilə yeni qaz kəmərinin tikintisi barədə memorandumun imzalanması ilə sinxron şəkildə baş verib. İran təbii qaz ehtiyatlarına görə dünyada birinci yeri tutur. Suriya öz növbəsində neft və qazçıxarma ölkələri arasında dördüncü yerdə qərarlaşıb.
ABŞ-ın strateji müttəfiqi olan Qətər İrandan sonra ən iri qaz ehtiyatlarına malikdir və Türkiyə ilə Suriya ərazisindən öz boru kəmərini çəkmək həmişə rəsmi Dohanın əsas prioriteti olub. Lakin Qətər Suriya ilə razılığa gələ bilməyib. İranla yanaşı, dünyanın ən iri qaz ehtiyatlarına malik Qətər Suriya ərazisi və Fars körfəzindən Türkiyəyə keçəcək qaz kəmərini çəkməyi təklif edib. Layihəyə görə, Qətər qazı Suriyanın Aralıq dənizi hissəsindən keçərək birbaşa Avropaya çatacaqdı. Bu təşəbbüs Ukrayna qaz xəttini kəsərək, Dohanın Rusiya kimi güclü qaz rəqibini Avropa bazarından tam çıxaracaqdı. Lakin Bəşər Əsəd həmin layihədən imtina edərək, əvəzində Rusiya və İranla müqaviləyə üstünlük verib. "İslam qaz kəməri" adlı layihə Rusiya və İrana böyük uğur gətirərək, ABŞ və Qərbin enerji maraqlarına, eləcə də qaz korporasiyalarına ciddi ziyan vuracaqdı. Bundan əlavə, həmin layihə ABŞ müttəfiqi Qətərin strateji enerji gücünü tam sıradan çıxararaq Türkiyəni belə sərfəli qaz kəməri layihəsindən məhrum edəcəkdi.
Ən böyük qaz ehtiyatına malik ölkələr Avropa bazarı uğrunda (ən böyük qaz istehlakçısı olduğu üçün) qaz müharibəsi aparırlar. Plasdarm isə Suriyadır. Çünki bu ölkə həm Rusiya üçün, həm Qətər üçün olduqca önəmli elementdir. Bugünkü gündə Qətərin qaz kəməri layihəsi Suriyada dalana dirənib, İran layihəsinin reallaşması isə hələ də aktualdır. Faktiki olaraq, Avropaya qaz konfiqurasiyası Suriyanın tutacağı mövqedən asılıdır. Bu isə Suriyanı İraq-Liviya-Suriya zəncirinə daxil etməsini tamamilə doğruldur.
Qətərin 2012-ci ildə ərəb ölkələrinə qoşularaq Suriyaya qoşun yeridilməsi ilə bağlı təklifi də məhz bu layihənin təhlükədə olduğuna görə olub. Bundan əlavə, auditoriyası 220 milyondan artıq olan Qətərin “Əl-Cəzirə” telekanalı mütəmadi olaraq Suriyada saysız-hesabsız cinayətlər törədən terrorçularının başçılarından müsahibə alıb. Bu məsələ Avropada xoş qarşılanmasa da, ABŞ-a görə hamı susmaq məcburiyyətində qalıb.
Ümumiyyətlə, Qətərin Avropaya olan böyük hədəfləri bəllidir. ABŞ-ın ən strateji müttəfiqi olan bu balaca ölkənin Rusiya və İrandan sonra ən əsas rəqibi Liviya və Nigeriyadır. Heç kimə sirr deyil ki, Liviyadakı hadisələr Qətərin birbaşa maliyyə müdaxiləsi ilə başlayıb. Maliyə müdaxiləsi nəticəsində ölkə lideri Müəmmar Qəzzafi sözün əsl mənasında məhv edilir, Liviya isə siyasi və iqtisadi böhrana qərq olur. Qətər güclü rəqibi sıradan çıxararaq öz məqsədinə çatıb. Liviyadan sonra, ikinci plan Nigeriyada qarışıqlıq yaratmaq olub. Hazırda Nigeriya da siyasi və iqtisadi böhran içində olduğu üçün Avropanı zəngin neft-qaz yataqlarına malik olan ölkə kimi cəzb etmir.
Qətər bu oyanları ilə kifayətlənməyib. Hazırda bu balaca ölkə Ərəb Liqasının ideya sahibidir. Onun liqadakı əsas məqsədi sünniləri birləşdirərək, şiələri sıradan çıxarmaqdır.
2017-ci ildə Qətərin Fos Cavaou terminalına uzunluğu 345 metr, eni 54 metr olan "Əl-Mafyar Q-Max" tankeri daxil olub. Bu nəhəng və analoqu olmayan tanker sıxılmış təbii qazın (STQ) daşınması üçün nəzərdə tutulub. Tanker 266.000 kubmetrədək STQ daşıya bilər.
"Əl-Mafyar"ın ağlasığmaz ölçülərinə diqqət yetirdikdə Qətər kimi balaca ölkənin bu tipli tankeri nə üçün hazırladığı bəlli olur. Lakin Qətərin ixtiyarında olan bu və digər tankerlər ölkəyə il ərzində yalnız 63 milyard kubmetrə kimi qaz daşımağa imkan verir. Bu qaz kəməri ilə müqayisədə olduqca balaca rəqəmdir.
Digər tərəfdən, tankerlər vasitəsi ilə STQ-nin Avropa ölkələrinə çatdırılması çox baha başa gəlir: tankerlərin saxlanılması, təmiri, yola hazırlanması və s... Ona görə, qaz kəməri heç nə ilə müqayisə edilə bilməz. Əgər Qətər Suriya ərazisindən istifadə edərək Avropaya qaz kəməri vasitəsilə STQ sata bilsəydi, mavi yanacağın qiyməti iki dəfədən artıq ucuzlaşacaqdı. Bu Avropa üçün olduqca əlverişli, Rusiya üçün isə yolverilməzdir. Çünki Qətərlə müqayisədə "Qazprom" üçün qazın istehsalı bir neçə dəfə baha başa gəlir. Belə olan halda, Qətər ucuz qazla bütün Avropa bazarını ələ keçirərək Rusiyanı tam nakam vəziyyətdə qoya bilərdi.
Qətərin sübut olunmuş qaz ehtiyatları təxminən 25 trilyon kubmetr təşkil edir. Bu isə indiki istehsal templərini nəzərə alsaq 160 ilə kifayət edər. Əksər ekspertlərin fikrincə, Rusiya bunu çox gözəl anladığı üçün Suriyanı hərtərəfli qoruyur. RF prezidenti Vladimir Putin çox gözəl anlayır ki, əgər Bəşər Əsəd məğlub olarsa, Qətər qaz liderinə çevriləcək. Avropa öz növbəsində Rusiya qazından imtina edərək nəhəng ölkənin dünya arenasındakı nüfuzunu minimuma endirəcək. Heç kimə sirr deyil ki, Rusiyanın Avropa İttifaqına olan ən önəmli təzyiq rıçaqı qaz faktorudur.
FaktXəbər
15-02-2019 11:23 Rusiyada FTX İŞİD-in yerli dəstəsini yaradan qadını həbs edib
14-02-2019 21:30 Putin: Suriyada qanuni hökumətin nəzarəti bərpa edilməlidir
13-02-2019 16:33 Suriyada Fransa hərbi qərargahının yaxınlığında partlayış baş verib
13-02-2019 15:05 "Tezliklə Suriya və Türkiyə arasında sərhədlər tamamilə bağlanacaq"
12-02-2019 15:11 Tramp Suriyada yeni ərazilərinin işğalına hazırlaşır
12-02-2019 12:25 Suriyada koalisiyanın hücumu nəticəsində dinc sakinlər diri-diri yanıb
- 14-02-2019 14:59 Qərblə Rusiya növbəti “rinq”i hansı ölkədə quracaq?
- 11-02-2019 14:29 Mələkləri qətlə yetirən Səud rejimi qana doymur
- 09-02-2019 12:29 “Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”
- 07-02-2019 16:48 İraqda ABŞ-a qarşı silahlı üsyan baş verə bilər- ANALİZ
- 06-02-2019 15:09 Venesuelada baş verənlər nəyi isbatlayır?
- 06-02-2019 10:49 ABŞ-ın xaotik Yaxın Şərq siyasəti - ANALİZ
- 24-01-2019 16:19 Gücün şəhvətinə düçar olanlar - Venesuela
- 19-01-2019 12:30 Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi
- 18-01-2019 11:47 Paşinyan Sarqsyana niyə toxunmur?
- 15-01-2019 15:54 Suriya müharibəsinin əsas səbəbi hələ də gündəmini qoruyur
- 14-01-2019 16:09 Suriyada səfirliklər açılır: SƏBƏB MƏĞLUBİYYƏTDİR
- 11-01-2019 12:07 Neft ölkələri siyasi risk altında - ANALİZ
- 09-01-2019 14:34 Əfqanıstan - ABŞ imperiyasının tənəzzül simvolu kimi
- 29-12-2018 11:32 Kreml İrəvana yenə “diş” göstərdi - işğalçıya Yeni il öncəsi hədə kimi ismarış
- 21-12-2018 17:01 YƏMƏN - Səudiyyənin gələcəyi üçün şah damarı
- 21-12-2018 09:34 Bayram Səfərovla bağlı qərarın SƏBƏBİ
- 20-12-2018 13:12 ABŞ-ın "terrorla mübarizə" adı ilə növbəti hədəfi: AFRİKA
- 20-12-2018 09:01 Proqnoz: 2019-cu ildə dünyada quraqlıq və aclıq artacaq
- 12-12-2018 15:22 "Nyu York Tayms": Yəməndə ABŞ istehsalı olan faciə yaşanır
- 10-12-2018 11:20 Sözün məsuliyyəti və manatın məzənnəsi
- 08-12-2018 12:30 Qərb istismarı tarixinin utanc səhifələri: “İnsan zooparkları”
- 06-12-2018 11:30 Bakı metrosunda gördüklərimiz və ya Afina heykəllərinə qayıdış?
- 01-12-2018 11:20 Ermənistanın taxıl blokadası başladı - İrəvanın Zurabişvili ümidi
- 30-11-2018 16:25 Sabahının sual altında olduğu düşünülən bugünkü Rusiya
- 29-11-2018 10:26 Paşinyanın "Mənim addımım" blokunun "qorxaq addım"ı