Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2019
15:14
DİM ləğv olunan dövlət orqanları haqda AÇIQLAMA VERİB

Ləğv edilən dövlət orqanlarında olan vakant vəzifələrlə bağlı elan edilən ümumi müsahibələr üzrə qeydiyyat və keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.

Dövlət İmtahan Mərkəzindən Faktxeber.com-a verilən məlumata görə, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Prezidentinin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə Müdafiə Sənayesi Nazirliyinin ləğv edilməsi səbəbindən bu nazirliyə işə qəbul üzrə elan edilən ümumi müsahibəyə təqdim edilən vakant vəzifələrin müsahibələrində iştirak üçün qeydiyyat dayandırılıb. 

Bildirilib ki, həmin vəzifələr üzrə müraciət edən namizədlər müvafiq elan üzrə digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin 14 yanvar 2019-cu il tarixli digər Fərmanı ilə Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi də ləğv edilib. Bununla əlaqədar, Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilən ümumi müsahibədə həmin katiblikdə olan vakant vəzifələr üzrə qeydiyyatdan keçən namizədlərlə keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.

Məqalədə : DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
337

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 14:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru