Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2019
14:19
707
İran ordusunun Baş Qərargah rəisi Azərbaycana gələcək

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeri sabah Bakıya gələcək.

İranın Azərbaycandakı səfirliyindən Faktxeber.com-a verilən məlumata görə, ikigünlük səfər çərçivəsində M.H.Baqerinin Azərbaycanın Prezidenti, Baş naziri və Parlament sədri ilə görüşlər keçirəcəyi planlaşdırılıb.

Hərbi və sərhəd sferalarında əməkdaşlığın inkişafı, terrorla mübarizə və regionun inkişafı məsələləri müzakirə ediləcək.

Səfərin yekununda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.

Qeyd edək ki, bu səfər M.H.Baqerinin Azərbaycana ilk səfəridir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran ordusu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2019 02:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com