Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

15 Yanvar

2019
11:16
1240
Qaşıqçı cinayətinə görə Mərkəzi Kəşfiyyat İdarəsindən tələb

"Vaşinqton Post" qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı qiymətləndirmələrini dərc etməsi üçün tələblərin artdığını yazıb.

FaktXəbər-in məlumatına görə, "Vaşinqton Post"da Coş Roqin imzası ilə belə bir məqalə dərc olunub.

Cinayətin üstündən 100 gündən çox vaxt keçdiyinə və ABŞ-dakı Donald Tramp rəhbərliyinin bu cinayətlə bağlı kəşfiyyatın bildiklərini açıqlamağı rədd etdiyinə işarə vurulan xəbərdə, ABŞ-da işə başlayan yeni Konqresin və bəzi qeyri-hökumət təşkilatlarının ədalət ilə şəffaflıq çağırışlarını yenilədiyi qeyd olunub.

Məqalədə ABŞ prezidenti Trampın ötən ilin noyabr ayında verdiyi bir açıqlamaya da işarə vurulub. Tramp qeyd etmişdi ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Qaşıqçı cinayətindən xəbərinin olub olmaması heç nəyi dəyişdirmir və ABŞ ilə Səudiyyə Ərəbistanı arasında silah müqavilələri davam edəcək.

Məqalədə belə deyilir:

"Tramp rəhbərliyinin Məhəmməd bin Salmanı müdafiəsi, vəliəhd şahzadənin bu cinayətin əmrini verdiyinə dair MKİ araşdırmalarını inkar etməsindən sonra başlayıb. MKİ-nin yüksək etibarlı araşdırması Bin Salman ilə Səud əl-Kahtani arasındakı elektron məktublarla təsdiqlənir. Kahtani ötən ilin noyabr ayında (Qaşıqçı cinayətilə əlaqədar) ABŞ hökumətinin sanksiya siyahısında yer alan yüksək çinli məsləhətçidir."

MKİ-nin araşdırmalarının açıqlaması tələb edilir

ABŞ xarici işlər naziri Mayk Pompeonun sözügedən MKİ araşdırmalarını " səhv" kimi səciyyələndirdiyinin və Bin Salmanın Qaşıqçı cinayətilə əlaqəli olduğuna dair "birbaşa dəlil" olmadığını söylədiyinin xatırladıldığı məqalədə, "Pompeonun sözlərinin düzgün olub olmadığını və Məhəmməd bin Salmanın cinayətinin sübut edilib edilməyəcəyini görmək üçün MKİ-nin araşdırmalarını açıqlaması və dərc etməsi lazımdır", - deyə bildirilir.

Məqalədə ötən həftə "Open Society Justice Initiative" adlı qeyri-hökumət təşkilatının Nyu-York Cənub Bölgə Məhkəməsində "İnformasiya Əldə etmək Azadlığı" Qanunu çərçivəsində MKİ, Milli Təhlükəsizlik Agentliyi, Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Direktorluğuna cinayət işi açdığına işarə edilərək, bu təşkilatın MKİ-nin Qaşıqçı cinayətinə dair araşdırmasını ictimaiyyətə açıqlamasını tələb etdiyi vurğulanır.

Məqalədə : Camal Qaşıqçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kim Çen Inın bacısı Rusiyaya gedib

23

Aprel
10:15
DÜNYA
640

Əvvəlki illərin məzunlarının DİQQƏTİNƏ!

23

Aprel
10:10
ELM / TƏHSİL
55

Saxta manatı necə tanımalı? - FOTO

23

Aprel
10:04
İQTİSADİYYAT
573

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

23

Aprel
09:56
HÜQUQ,HADİSƏ
78

Xarici valyutaların manata qarşı məzənnələri

23

Aprel
09:24
İQTİSADİYYAT
59

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
663

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
85

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
110
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 10:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru