Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2019
16:02
267
Gürcüstanda azərbaycanlı ana qızını bıçaqlayıb

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ana gənc qızına bıçaqla ciddi xəsarətlər yetirib. Hadisə ötən gün rayonun Qızılhacılı kəndində baş verib.

İnsidentin ana və qızı arasında yaranmış ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Mübahisə zamanı ana qızına boğaz və sinə nahiyələrindən üç bıçaq yarası vurub.

Yaralanmış qız Marneuli xəstəxanalarından birinə çatdırılaraq, əməliyyat olunub. Yaralının vəziyəti orta-ağırdır.

Polis hadisəni törətməkdə şübhəli bilinən qadını saxlayıb. Gürcüstanın Daxili İşlər Nazirliyi qəsdən sağlamlığa ağır zərər vurma və ailə zorakılığı maddələri üzrə cinayət işi açıb./Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2019 02:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com