Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2019
15:50
431
Yeni qanun köhnə qəbiristanlıqlara da şamil olunacaqmı? - RƏSMİ CAVAB

Nazirlər Kabinetinin təsdiqlədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” yeni salınan qəbiristanlıqlara şamil olunacaq. Çünki qanunun geriyə qüvvəsi yoxdur.

FaktXəbər bildirir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, yeni salınan qəbiristanlıqlarda, o cümlədən dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq.

Mübariz Qurbanlı qeyd edib ki, dövlətdən maddi dəstək alan din xadimlərinə bu vəsaitin verilməsi davamlı olacaq.

Maddi dəstək məscidlərdə çalışan üç kateqoriyaya aid din xadimlərinə verilir. Bu vəsait əməkhaqqı yox, maddi dəstəkdir. Bu vəsait hər məsciddə bir, böyük məscidlərdə isə iki din xadiminə verilir. Qafqaz Müsəlmanları İdarəsinin təsdiqlədiyi din xadimlərinin sayı çox ola bilər, lakin maddi dəstək hər təyin olunan din xadiminə verilmir. Bu, yalnız məsciddə çalışan və təyin olunan din xadimlərinə verilir. Məscidlərdə çalışan din xadimləri maddi baxımdan təmin edilməlidirlər. Bu, dünyanın hər yerində belədir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1185

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1352

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1803

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1103

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1452

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1186

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1798
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 20:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru