Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2019
15:35
769
HƏMAS-dan Moskva səfərinin təxirə düşməsi ilə bağlı açıqlama

Rusiya Həmas hərəkatının siyasi bürosunun  rəhbəri İsmayıl Haniyənin Moskva səfərinin uğurlu keçməsi üçün tədbir görür. Ehtimal ki, görüşün təxirə salınması da  bununla əlaqədardır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə HƏMAS siyasi burosunun  rəhbərinin müavini Musa Əbu Mazruk xəbər verib.

Bundan əvvəl  Fələstinin Rusiyadakı səfiri  Əbdülhafiz Nofal RİA Novosti-yə bildirib ki, Xaniyənin yanvarın 15-nə  planlaşdırılan səfəri təxirə düşüb, yeni tarix dəqiqləşdirilir. Səfər zamanı HƏMAS lideri Fələstində mili barışıq məsələlərini müzakirə etmək üçün RF XİN rəhbəri  Serqey Lavrovla  görüşməyi planlaşdırırdı.

Rusiya bundan əvvəl  Moskvanın  Fələstin ictimaiyyətində bölünmənin qarşısının alınması üçün Fəth və Həmas hərəkatının  Moskvada görüşünü təşkil eləmək ideyası ilə çıxış etmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : HƏMAS 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-03-2019 01:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com