Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2019
14:59
1250
İran nüvə sazişindən çıxacaq? - RƏSMİ cavab

İran hökumətinin yaxın zamanlarda nüvə sazişindən çıxacağı barədə xəbərlər həqiqətə uyğun deyil.

Bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

M.Vaezi ölkə KİV-lərini informasiya yayarkən diqqətli olmağa və İranın düşmənləri üçün tribunaya çevrilməməyə çağırıb:

“Son vaxtlar İranın yaxın zamanlarda nüvə sazişini tərk edəcəyi barədə yayılmış xəbərlər əsassızdır və bunların məqsədi dezinformasiya yaymaqla ölkənin milli maraqlarına ziyan vurmaqdır”.(Trend)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran? nüvə sazişi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-03-2019 06:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com