
Timomeqaliya azyaşlı uşaqlarda tez-tez rast gəlinən haldır. İmmunitetin yaranmasına cavabdeh olan çəngəlvari vəzin ölçüləri bir qədər artır və lazımi səviyyədə fəaliyyət göstərmir. Həmin uşaqların immuniteti kifayət dərəcədə olmur, onlar tez-tez kəskin respirator virus infeksiyalarına yoluxur və xəstəliyi daha ağır keçirirlər. Xəstəliyin dəqiq diaqnozunu ultrasəs və ya rentgenoqrafiya müayinəsi vasitəsilə qoymaq olar.
FaktXəbər-in məlumatına görə, timomeqaliyanın üç dərəcəsinin olduğunu bildirən Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova Azərtac-a verdiyi müsahibədə deyib: “Xəstəliyin səbəbi kimi irsi faktorlar, hamiləlik toksikozları, hamiləlik zamanı ananın keçirdiyi infeksion xəstəliklər, xarici mühitin zərərli faktorları və gecikmiş hamiləliyi misal göstərmək olar.
Digər göstəricilərə görə uşaq sağlamdırsa, I və II dərəcəli timomeqaliyası olanlarda planlı peyvəndlərin edilməsinə əks göstəriş yoxdur. Lakin çəngəlvari vəzin ölçüləri III dərəcə böyümüş xəstələrə xüsusi diqqət tələb olunur. Altı aylığına qədər həmin uşaqlara poliomielitdən başqa digər peyvəndlər etdirməyə icazə verilmir. Yalnız nevropatoloq və endokrinoloqun iştirakı ilə aparılan xüsusi müalicə kursundan sonra peyvəndlərin aparılması mümkündür”.
Pediatrın dediyinə görə, timomeqaliyalı uşaqların qidasında kifayət qədər askorbin turşusu olmalıdır: “Həkimlər həmin uşaqlara həb, damcı və dəmləmə şəklində biyan kökü, askorbin turşusu və vitamin təyin edirlər. Müalicə kursu 5-6 yaşa qədər ildə iki dəfə bir ay müddətində aparılır.
İmmun sisteminin ən güclü stimulyatorları - qida, hava və fiziki fəallıqdır. Məhz həmin təbii vasitələrin köməyi ilə orqanizmi daimi şəkildə stimulyasiya etmədən immuniteti süni şəkildə möhkəmləndirmək cəhdləri yalnız qısa müddət ərzində müsbət nəticə verə bilər.
Timus və sümük iliyi orqanizmin immun sisteminin mərkəzi orqanlarıdır. İmmun sisteminin periferik orqanlarına isə dalaq, limfa düyünləri və appendiks aiddir. İmmun sisteminin 60-70 faizi isə mədə-bağırsaq traktında yerləşir. Timusun mürəkkəb quruluşu var və uşaq həyatının ilk üç ilində gərgin işləyir, 3-18 yaşa qədər onun kütləsi sabitləşir, 20 yaşdan sonra isə timusun toxuması piy toxuması ilə əvəz olunur.
İmmun sisteminin mərkəzi orqanı sümük iliyidir və orada kök hüceyrələrdən sayılan limfositlər, yəni immun hüceyrələri yaranır. Onların bir hissəsi sümük iliyində qalır, qalan hissəsi isə timus vəzinə gedir. Məhz timusda yerləşən limfositlərinin üzərində reseptorların vasitəsilə orqanizmə daxil olan yad cisimlər tanınır. Timusda yerləşən limfositlər orqanizmdə olan yad cisimləri məhv etdiyinə görə həmin hüceyrələrin şiş əleyhinə çox böyük rolu var”.
Müalicə formaları barədə danışan həkim-pediatr deyib: “Timomeqaliyalı uşaqlar mütəmadi olaraq ftiziatr, endokrinoloq və qulaq-burun-boğaz həkiminin nəzarətində olmalıdır. Orqanizmin möhkəmləndirilməsi, təmiz havada gündəlik gəzinti və yaşa uyğun düzgün qidalanma çox vacibdir. Epidemiya zamanı kəskin respirator virus infeksiyalarının profilaktikası üçün həkimin məsləhəti ilə uşaqların burnuna propolis, yəni vərəmumun spirtdə çıxarışını damızdırmaq lazımdır. Timomeqaliyalı uşaqlara aspirin preparatının verilməsi qəti əks göstərişdir, çünki onlarda aspirin astması əmələ gələ bilər”.

Lavrov Aİ-nin İrana qarşı yeni sanksiyaları haqda: Cinayətdən betərdir
13
Aprel
İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
13
Aprel
Peskov: “Rusiya və Azərbaycan hərbçiləri “İsgəndər” məsələsini sıx müzakirə edir”
13
Aprel
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
13
Aprel
Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçi nə etməlidir? - AÇIQLAMA
13
Aprel- 12-04-2021 09:45 Ömrü 28 il qısaldan zərərli vərdiş məlum oldu
- 09-04-2021 16:16 Peyvəndlə bağlı saxta sənəd verən 12 nəfər işdən çıxarılıb
- 07-04-2021 14:46 Yoluxanların və ölənlərin sayı artdı
- 05-04-2021 16:25 Saxta vaksin sənədi haqda məlumatla bağlı - Rəsmi açıqlama
- 01-04-2021 10:09 Peyvənd olunan şəxslərə karantin qadağaları tətbiq edilməldirmi? - VİDEO
- 01-04-2021 09:28 Günəşin koronavirusa təsiri açıqlanıb
- 29-03-2021 12:31 Səhiyyə Nazirliyi: Allergik xəstəliklər COVID-19 əleyhinə peyvəndləmə üçün əks göstəriş deyil
- 17-06-2020 12:44 Koronavirusun müalicəsi üçün ən effektiv dərman cəmi 10 manata başa gəlir
- 12-06-2020 16:10 Dünyanın genetik "ağları": Albinos
- 12-06-2020 14:25 Koronavirusun ən çox meyl elədiyi qan qrupu açıqlanıb
- 02-06-2020 09:59 Streslə mübarizə aparmaq üçün 10 təsirli qida
- 19-05-2020 09:10 Koronavirus peyvəndi insanlarda sınaqdan uğurla keçirilib
- 16-03-2020 11:05 TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı
- 26-02-2020 14:03 Nazirlik koronavirusdan qorunma yollarını açıqlayıb - VİDEO
- 26-02-2020 10:18 Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı
- 24-02-2020 17:26 Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı RƏSMİ AÇIQLAMA
- 13-02-2020 15:43 Həkimlər koronavirus vaksinlərini sınaqdan keçirməyə hazırlaşırlar
- 12-02-2020 11:32 Xorultu təhlükəli xəstəliyin əlaməti imiş
- 11-02-2020 17:33 Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
- 10-02-2020 14:35 Türk professordan koronavirus açıqlaması: Bunları yeyin, problem yoxdur
- 07-02-2020 13:15 Rusiyalı alimlər virusları öldürə biləcək maska hazırladılar
- 07-02-2020 12:21 Böyrək, hemodializ xəstələri arasında kişilərin sayı daha çoxdur
- 06-02-2020 17:11 Naməlum səbəblərə görə koronavirus bu şəxslərə yoluxmur
- 06-02-2020 12:55 Qoz suyunun faydları
- 31-01-2020 10:51 Çindən gələn bağlamalarda virus ola bilərmi? - VİRUSULOQ CAVABLANDIRIB